Zelenski Aİ nin ayırdığı 90 milyardın nəyə xərclənəcəyini açıqladı
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna Aİ-nin 90 milyard avroluq dəstək paketinin ilk hissəsini Silahlı Qüvvələrə ayırmaq niyyətindədir.
"Ölkə.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram"da bildirib.
O bildirib ki, bura silah və hava hücumundan müdafiə sistemlərinin alınması, eləcə də qışa hazırlıq daxildir.
Ukrayna lideri yazıb: "Bu vəsait ordumuz üçün nəzərdə tutulub və biz onunla silah, xüsusən də hava hücumundan müdafiə sistemləri almaq üçün istifadə etməyə hazırıq. Bu maliyyələşdirmə həmçinin qışa hazırlaşmağımıza kömək edəcək və enerji sistemimizi qorumaq üçün işlər artıq başlayıb. Avropa fondları da dəstək verəcək".
Zelenski Kiyevin ilk tranşın mümkün qədər tez bir zamanda ayrılmasını gözlədiyini vurğulayaraq, bütün Avropa liderlərinə Ukraynaya və Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə dəstəklərinə görə təşəkkür edib.
Dövlət başçısı əlavə edib ki, xüsusən də amerikalıların bəzilərini yumşaltdığını nəzərə alsaq, sanksiyaların sərtləşdirilməsi düzgün addımdır.
Elvin
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:230
Bu xəbər 24 Aprel 2026 04:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















