Zelenski: Avropanın iştirakı ilə Ukrayna və ABŞ arasında onlayn danışıqlar aparılıb
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa nümayəndələri ilk dəfə tam tərkibdə Ukrayna və ABŞ-nin danışıqlar komandalarının onlayn görüşünə qoşulublar.
Moderator.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.
Qeyd olunub ki, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və Polşa, eləcə də Avropa Komissiyası, Avropa Şurası və NATO nümayəndələri ilk dəfə tam tərkibdə Ukrayna və ABŞ komandaları arasındakı danışıqlara qoşulublar. Zelenskinin sözlərinə görə, onlayn danışıqlara ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də qoşulub.
"Avropanı ilk dəfə bu söhbətdə tam tərkibdə məhz Rusiya tərəfi ilə danışıqlarda iştirak edəcək şəxslər təmsil edirdilər. Diplomatik proseslər fəal şəkildə davam edir və ümid edirik ki, bu, əbəs olmayacaq. Komandamız maksimum konstruktiv işləyir. Bizə müharibənin layiqli sonu və Ukraynanın təmin edilmiş təhlükəsizliyi lazımdır", - o deyib.
Zelenskinin sözlərinə görə, söhbət asan olmayıb, lakin məhsuldar keçib: "Berlində İstəklilər Koalisiyası çərçivəsində görüşəcək və danışıqlar prosesində konkret birgə addımlar hazırlayacağıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 16 Noyabr 2026 23:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















