Zelenski Böyük Britaniyaya səfər edib, Starmer, Makron və Merts ilə görüşəcək
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlar aparmaq üçün Böyük Britaniyaya səfər edib.
APA yerli mediaya istinadən xəbər verir ki, Zelenski səfər çərçivəsində Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Friedrix Merts ilə görüşəcək.
Zelenskinin sözlərinə görə, danışıqların əsas mövzuları Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, Avropa təhlükəsizliyi məsələləri və müharibənin başa çatdırılması istiqamətində atılacaq növbəti diplomatik addımlar olacaq.
Ukrayna lideri bildirib ki, tərəflər həmçinin Avropanın təhlükəsizlik arxitekturası və Kiyevə dəstəyin davam etdirilməsi məsələlərini müzakirə edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 07 İyun 2026 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















