Zelenski: Britaniya Baş naziri ilə görüş məhsuldar keçib
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə apardığı dialoq barədə məlumat verib.
Bakıvaxtı.az xəbər verir ki, Zelenski bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib.
O, Britaniya Baş naziri ilə söhbətini məhsuldar adlandırıb və Ukrayna ordusuna hərbi dəstəyin davam etdirilməsinin detallarını müzakirə edildiyini deyib.
İki ölkə arasında yüz illik əməkdaşlıq razılaşması haqqında fikir mübadiləsi aparılıb.
Zelenskinin bildirdiyinə görə, Zelenski sözügedən razılaşmanın avqust ayı ərəzində ratifikasiya olunacağını xəbər verib.
Britaniyanın Ukraynada dron istehsalına investisiyası haqqında da söhbət aparılıb.
Zelenski göstərilən dəstəyə görə Starmerə təşəkkür edib.


