Zelenski bu gün Britaniyaya səfər edəcək
Missiya.az saytına istinadən Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Böyük Britaniyaya səfər edəcəyini açıqlayıb.
Missiya.Az xəbər verir ki, siyasətçi bu barədə özünün “Teleqram” kanalında məlumat yayıb.
Zelenski Şimali Koreyadan raketlərin cəlb oluna biləcəyini deyən Rusiyanın növbəti kütləvi hücumundan sonra Britaniyaya səfərini açıqlayıb.
"Bu gün Britaniyaya səfərim zamanı tərəfdaşlarımla Şimali Koreyadan Rusiyaya raketlərin cəlb olunacağı barədə danışacağam. Həmçinin biz bu müharibə üçün Rusiyaya təzyiq göstərmək və zərbələri dayandırmaq üçün yeni və güclü addımlar barədə razılaşacağıq", - deyə siyasətçi vurğulayıb.
Zelenski qeyd edib ki, Rusiyanın təcavüzü artıq sərhədləri aşır və avtoritar rejimlər, xüsusən də İran və Şimali Koreya bu işə qarışa bilər.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 23 İyun 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















