Zelenski çətin vəziyyətdə: Ukraynanın qırıcı təyyarələr almağa pulu yoxdur, Qərb isə...
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Ukraynanın “Gripen” qırıcılarına əlavə olaraq “Rafale” təyyarələri almaq planı Avropada təəccüb doğurub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Məlumata görə, Kiyevin belə bir alış üçün maliyyəsi yoxdur və proses böyük ölçüdə dondurulmuş Rusiya aktivlərindən asılı olacaq.
Məqalədə qeyd olunur ki, Fransanın “acınacaqlı vəziyyətdə” olan dövlət maliyyəsi də bu alışın Paris tərəfindən birbaşa maliyyələşdirilməsini mümkünsüz edir. Prezident Emmanuel Makron bildirib ki, mümkün alış üçün Avropa mexanizmləri və dondurulmuş Rusiya aktivləri istifadə oluna bilər.
Paris öz arsenalından döyüş təyyarələri ayırmağı və ya Ukraynanı digər müştərilərə nisbətən üstün tutmağı planlaşdırmır.
Ukraynalı hərbi rəsmilər isə bildirirlər ki, hətta maliyyə təmin olunsa belə, bu təyyarələri tez bir zamanda əldə etmək mümkün deyil.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 18 Noyabr 2025 22:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















