Zelenski: Əbu Dabidə Ukrayna ABŞ Rusiya danışıqları konstruktiv olub
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndələri arasında keçirilən üçtərəfli danışıqların ilk gününün nəticələrini açıqlayıb.
APA xəbər verir ki, Zelenski bu barədə sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, danışıqların ilk günü Ukrayna nümayəndə heyətinin avropalı və amerikalı tərəfdaşları ilə məsləhətləşmələri ilə başlayıb. Daha sonra Rusiya nümayəndələrinin də iştirakı ilə üçtərəfli görüş keçirilib.
“Üçtərəfli format konstruktiv və olduqca məzmunlu oldu”, – deyə Ukrayna Prezidenti bildirib.
Zelenskinin sözlərinə görə, görüşdə potensial humanitar tədbirlər, ilk növbədə əsirlərin azad edilməsi, həmçinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri və müharibənin təkrarlanmasının qarşısını almaq mexanizmləri müzakirə olunub.
O, danışıqlarda gərginliyin azaldılması zərurətinə də xüsusi diqqət yetirildiyini qeyd edib.
Ukrayna Prezidenti əlavə edib ki, danışıqlar qrupuna növbəti gün üçün konkret tapşırıqlar verib. Üçtərəfli danışıqların noyabrın 11-də davam etdirilməsi, eyni zamanda ABŞ və Avropa nümayəndələri ilə təmasların saxlanılması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 10 Noyabr 2026 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















