Zelenski gecəki kütləvi hücumdan danışdı
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Rusiyanın Ukraynaya gecə hücumu zamanı törətdiyi qətllər, real diplomatiyanın başlaya biləcəyi bir vaxtda baş verir, bu, qəsdən törədilmiş cinayət və müharibənin uzadılmasıdır”. SİA xəbər verir ki, bunu teleqram kanalında Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“800-dən çox pilotsuz təyyarə, 13 raket, onlardan dördü ballistikdir. İlkin məlumata görə, bir neçə pilotsuz təyyarə Ukrayna və Belarus sərhədini keçib”, - o vurğulayıb.
Dövlət başçısı Kiyevdə yaşayış binalarının dağıdıldığını deyib: "Hazırda biri uşaq olmaqla iki nəfərin öldüyü məlumdur. Təkcə paytaxtda onlarla yaralı var. Zaporojyedə 20-dən çox ev və uşaq bağçasına ziyan dəyib. Krivoy Roqda anbarlar dağılıb, Sumı və Çerniqov vilayətlərində insanlar ölüb. Odessada çoxmərtəbəli binaya hücum olub. Son 24 saat ərzində bir çox rayonlar zərər çəkib”.
Baxış sayı:51
Bu xəbər 07 Sentyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















