Zelenski Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar barədə fərman imzalayıb
Icma.az, Operativmedia portalına istinadən məlumat verir.
"Operativ Media" Ukrayna mediasına istinadən xəbər verir ki, siyahının təfərrüatları açıqlanmasa da, ona hakim “Gürcü Arzusu” partiyasının rəhbəri Bidzina İvanişvilinin başçılıq etdiyi bildirilib.
Bununla bağlı açıqlama verən Ukrayna lideri ölkəsi də daxil olmaqla, həm Gürcüstan, həm də Moldovanın məhvinə göz yummağın doğru olmadığını bəyan edib:
“Biz həm ABŞ-ni, həm də Avropa İttifaqını bu məsələdə prinsipial mövqe sərgiləməyə çağırırıq”, – Zelenski deyib.

