Zelenski ilə bir il yarım bunkerdə yaşamışam Ukrayna XİN rəhbəri
Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa prezident Volodimir Zelenski ilə bir il yarım eyni bunkerdə yaşadığını bildirib.
Adalet.az xəbər verir ki, o, bunu Qazaxıstanın “Ulysmedia” nəşrinə verdiyi müsahibədə deyib.
"Mən ilk dəqiqələrdən Ukrayna prezidenti ilə birlikdə bunkerdə idim və orada bir il yarım yaşadım. Yerin altında ən azı yüz metr dərinlikdədir", - deyə Sibiqa bildirib.
2026-cı ilin fevral ayında Ukrayna prezidenti AFP-yə verdiyi müsahibədə Rusiya-Ukrayna münaqişəsinin başlamasından sonra iki il ərzində demək olar ki, bütün vaxtını yeraltı bunkerdə keçirdiyini bildirib. Ukrayna liderinin sözlərinə görə, o, artıq yeraltında yaşamır, hava hücumları zamanı vaxtaşırı ora qayıdır.
O, həmçinin ilk dəfə Kiyevin Bankova küçəsində yerləşən bu sığınacağı da açıqlayıb. Bunker Ukrayna prezident ofisinin binasının altındakı geniş yeraltı dəhlizlər və otaqlar şəbəkəsindən ibarətdir. Qapılardakı lövhələr " Ali Rada Ofisi " və "Nazirlər Kabineti" də daxil olmaqla müxtəlif departamentlərin iş sahələrini göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 04 Sentyabr 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















