Zelenski: İsveç Ukraynaya yeni müdafiə yardımı paketi ayırıb
Icma.az, Ayna portalına istinadən məlumat verir.
Ukrayna Prezidenti: "Yeni müdafiə yardımı paketi ilə bağlı qərar var. Təşəkkür, İsveç"
Ukrayna Prezidenti Volodimir Zelenski İsveçin ölkəsinə yeni müdafiə yardımı paketi vermək qərarını açıqlayıb.
AYNA.AZ-ın məlumatına görə, bu barədə Ukrayna lideri axşam videomüraciətində bildirib.
"Bu gün İsveçi də qeyd etmək istərdim: yeni müdafiə yardımı paketi ilə bağlı qərar var. Təşəkkür, İsveç!", - o deyib.
O, həmçinin Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi ilə bağlı qərarların qəbulunu sürətləndirmək üçün Almaniya ilə fəal işlədiyini qeyd edib və Latviyaya təqdim olunan müdafiə paketinə görə təşəkkürünü bildirib.
İsveçin müdafiə naziri Pol Yonsson iyulun 3-də bildirib ki, ölkəsi Ukraynanın hərbi ehtiyacları üçün 1,5 milyard kron (157 milyon dollar) ayıracaq.
Daha əvvəl bildirilib ki, Latviya hökuməti ölkənin istehsalı olan 42 ədəd “Patria 6x6” zirehli transportyorunun və onların ehtiyat hissələrinin, eləcə də digər silah və sursatların Ukrayna Silahlı Qüvvələrinə tədarükünə razılıq verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 06 İyul 2025 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















