Zelenski izahat istədi: Çindən gözlənilən cavab gəldi
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Çin Ukraynadakı döyüşlərdə iştirak etmək üçün öz qoşunlarını göndərməyib”.
Globalinfo.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian deyib.
O, Ukrayna Prezidenti Volodimir Zelenskinin ittihamlarına cavab verib:
“Çin hökuməti həmişə öz vətəndaşlarından Ukraynadakı silahlı münaqişə zonasından uzaq durmağı, hər hansı formada iştirakdan çəkinməyi tələb edib”.
Qeyd edək ki, bundan əvvəl Zelenskinin Çin vətəndaşlarının Rusiya ordusunda iştirakı ilə bağlı çıxışından sonra Ukrayna Xarici İşlər Nazirliyi Çinin müvəqqəti işlər vəkili Ma Şenqunu çağırıb. Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbıqa bildirib ki, bu cür hərəkətlər Pekinə inamı sarsıdır.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 09 Aprel 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















