Icma.az
close
up
RU
Zelenski, Makron və Starmer ABŞ a vahid planla qayıda bilərlər Daily Mail

Zelenski, Makron və Starmer ABŞ a vahid planla qayıda bilərlər Daily Mail

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransanın prezidenti Emmanuel Makron gələn həftə Ukrayna prezidenti Vladimir Zelenski ilə birlikdə Vaşinqtona getməyə və ABŞ prezidenti Donald Trampa müharibənin həlli üçün vahid plan təqdim etməyə hazırdırlar.

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" yazır.  

Zelenski isə X (Twitter) platformasında paylaşım edərək, "müharibəni bitirmək üçün sürətlə işləməyə hazır olduğunu” vurğulayıb və hətta faydalı qazıntılarla bağlı sazişi imzalamağa razılıq bildirdiyini qeyd edib.  

"Belə bir vəziyyətin yaranması üzücüdür. Artıq hər şeyi düzgün etmək vaxtıdır. Gələcəkdə əməkdaşlığın və ünsiyyətin konstruktiv olmasını istəyirik”, – deyə o bildirib.  

Məlumata görə, bu açıqlama Zelenskinin Starmerlə telefon danışığından qısa müddət sonra gəlib. Danışıq zamanı Britaniya lideri Zelenskini Tramp ilə münasibətləri düzəltməyə çağırıb, çünki ABŞ-ın dəstəyini qazanmaq sülh razılaşmasına nail olmaq və Ukraynanın Rusiyadan müdafiəsini gücləndirmək üçün vacibdir.  

Daha sonra Starmer "Ukrayna liderinin sülh axtarışına sarsılmaz sədaqətini” alqışladığını bildirib.  

Bir qədər əvvəl Zelenski deyib ki, Ukrayna sülhə can atır: "Heç birimiz sonsuz müharibə istəmirik. Ukrayna etibarlı sülhə yaxınlaşmaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır”.  

Bundan əlavə, respublikaçı senatorlar Trampı Zelenski ilə danışıqları xilas etməyə çağırırlar. Onlar ümid edirlər ki, Tramp və Zelenski Oval kabinetdəki gərgin söhbəti geridə qoyacaq və ABŞ-ın Ukraynaya dəstəyinin davam etməsinin kritik əhəmiyyət kəsb etdiyini anlayacaqlar.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:352
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Mart 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri