Icma.az
close
up
RU
Milli Dirçəliş ideyası və müasir Azərbaycanın qüdrətli dövlətçilik modeli

Milli Dirçəliş ideyası və müasir Azərbaycanın qüdrətli dövlətçilik modeli

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Xalqların həyatında elə tarixi dönüş nöqtələri olur ki, həmin məqamlar yalnız bir ölkənin hüdudları ilə çərçivələnmir, bütövlükdə cəmiyyətin gələcək taleyini müəyyənləşdirən təməl daşına çevrilir.

17 Noyabr - Milli Dirçəliş Günü də məhz Azərbaycan xalqının milli mənlik şüurunun, azadlıq əzminin və müstəqil dövlət qurmaq iradəsinin simvolu kimi tariximizə yazılıb. Bu əlamətdar gün sadəcə ictimai etiraz aksiyası deyil, xalqımızın öz tarixi köklərinə, milli dəyərlərinə və gələcəyinə sahib çıxmaq qətiyyətinin nümayişi idi.

1988-ci il noyabrın 17-də Bakı şəhərindəki Azadlıq meydanında baş qaldıran kütləvi xalq hərəkatı respublikamızın ictimai-siyasi həyatında yeni səhifə açdı. SSRİ rəhbərliyinin Qarabağ probleminə münasibətdə sərgilədiyi qərəzli və ədalətsiz siyasətə, Ermənistanın torpaqlarımıza olan əsassız iddialarına və xalqımıza qarşı yönəlmiş təzyiqlərə qarşı ayağa qalxan minlərlə vətəndaş misilsiz birlik və həmrəylik nümayiş etdirdi. Həmin günlərdə Azadlıq meydanı sadəcə insanların toplaşdığı coğrafi məkan deyil, azadlıq ideyasının, milli iradənin və müstəqil düşüncənin mərkəzi idi. Sovet rejiminin sərt təzyiqlərinə rəğmən, xalqın nümayiş etdirdiyi möhkəm iradə milli azadlıq hərəkatının coğrafiyasını daha da genişləndirdi.

Milli Dirçəlişin tarixi əhəmiyyəti ondan ibarət idi ki, bu proses Azərbaycan cəmiyyətində milli özünüdərk şüurunu gücləndirdi və xalqın müstəqil gələcək təsəvvürlərini konkret siyasi hədəflərə çevirdi. Bu mübarizə sonrakı illərdə dövlət müstəqilliyinin bərpasına aparan yolun əsas təməllərindən biri oldu. Nəticə etibarilə, 17 Noyabr xalqımızın yalnız öz hüquqlarını müdafiə etmək əzmini deyil, həm də öz taleyinə sahib çıxmaq iradəsini ortaya qoydu.

Milli dirçəliş ideyasının real dövlətçilik ənənələri ilə qovuşmasında 1990-cı il noyabrın 17-də baş verən hadisələrin də müstəsna yeri var. Həmin tarixdə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi dövlət rəmzi kimi qəbul olundu. Bu addım tarixi yaddaşın qorunması, milli dövlətçilik irsinin bərpası və müstəqillik amalının siyasi müstəviyə daşınması baxımından mühüm əhəmiyyət daşıyırdı. Üçrəngli bayrağın yenidən ucaldılması xalqın azadlıq istəyinin artıq real siyasi məzmun qazandığını əyani şəkildə nümayiş etdirirdi.

1991-ci ildə dövlət müstəqilliyinin bərpa olunması xalqımızın çoxəsrlik arzularının gerçəkləşməsi idi. Ancaq müstəqillik qazanmaqla yanaşı, onu qoruyub saxlamaq, möhkəmləndirmək və dayanıqlı dövlət institutları yaratmaq da son dərəcə məsuliyyətli vəzifə idi. Məhz bu dönəmdə Heydər Əliyevin zəngin idarəçilik təcrübəsi və siyasi uzaqgörənliyi ölkəmizin gələcək inkişaf kursunun müəyyənləşməsində həlledici rol oynadı. Siyasi sabitliyin bərqərar olması, dövlət strukturlarının formalaşdırılması, milli ordunun yaradılması və iqtisadi tərəqqinin təməlinin qoyulması müstəqilliyimizin dönməz xarakter almasını təmin etdi. Bununla da milli dirçəlişdən qaynaqlanan azadlıq ideyası güclü və dayanıqlı dövlətçilik modelinə çevrildi.

Müasir Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələ ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə səciyyələnir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasi, hərbi, diplomatik və iqtisadi strategiyanın nəticəsi olaraq, 2020-ci ildə Vətən müharibəsində şanlı Qələbə qazanıldı. Qədim Şuşanın azad olunması bu tarixi Zəfərin zirvəsi olmaqla bərabər, xalqımızın milli qürurunun və tarixi ədalətin bərpasının rəmzinə çevrildi. 2023-cü ilin sentyabr ayında reallaşdırılan tədbirlər nəticəsində isə ölkəmizin bütün suveren sərhədləri boyunca dövlət nəzarəti tam bərpa olundu. Beləliklə, müstəqillik tariximizin əsas hədəflərindən biri reallığa çevrildi.

Bu gün formalaşan qüdrətli Azərbaycan modeli təkcə hərbi güc və siyasi uğurlarla deyil, həm də makroiqtisadi potensial, enerji təhlükəsizliyi, qlobal nəqliyyat-logistika layihələri və regional əməkdaşlıq təşəbbüsləri ilə seçilir. İşğaldan azad edilmiş torpaqlarda – Qarabağda və Şərqi Zəngəzurda aparılan nəhəng bərpa-quruculuq işləri yalnız infrastrukturun yenilənməsi deyil, həm də tarixi yaddaşın və ana yurda bağlılığın təntənəsidir. "Böyük Qayıdış" Dövlət Proqramı bu siyasətin mühüm tərkib hissəsi kimi xüsusi əhəmiyyət daşıyır.

Milli dirçəliş fəlsəfəsinin çağdaş dövrdə yaşadılması və inkişaf etdirilməsi iqtisadi tərəqqi ilə yanaşı, həm də bilikyönümlü iqtisadiyyatın, rəqəmsal innovasiyaların, yüksək intellektual insan kapitalının və milli-mənəvi dəyərlərin qorunmasını şərtləndirir. Müasir qüdrətli dövlət təkcə maddi resurslarla deyil, eyni zamanda elmi potensiala malik, vətənpərvər, təşəbbüskar və milli kimliyinə bağlı vətəndaşlarla ucalır. Gənc nəslin milli ruhda yetişdirilməsi və tarixi həqiqətlərin dərindən mənimsədilməsi dövlətçilik ənənələrinin varisliyini təmin edən əsas amillərdəndir.

17 Noyabr - Milli Dirçəliş Günü bizə keçmişin şanlı qəhrəmanlıq səhifələrini xatırlatmaqla yanaşı, gələcək qarşısında duran məsuliyyətimizi də bir daha müəyyənləşdirir. 1988-ci ildə Azadlıq meydanında ifadə olunan milli iradə ilə bu günün güclü və suveren Azərbaycan reallığı arasındakı sıx bağlılıq göz qabağındadır. O dövrdə azadlıq eşqi ilə birləşən xalq, bu gün müstəqil dövlətinin rifahı və təhlükəsizliyi naminə həmrəylik nümayiş etdirir. Milli Dirçəlişin əsas fəlsəfi mənası da məhz xalqın iradəsinin qüdrətli dövlətə, tarixi yaddaşın isə dayanıqlı inkişaf strategiyasına çevrilməsidir. Bu ideya Azərbaycanın gələcək tərəqqi yolunda milli birliyin və suverenliyin əsas mənəvi sütunu olaraq qalacaq.

Xatirə Qocayeva

pedaqogika üzrə fəlsəfə doktoru

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Noyabr 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see317

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see316

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see310

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see310

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see300

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see296

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see292

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see291

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see264

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see262

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see253

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see253

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see251

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see243

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see241

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see240

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see237

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see202

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri