Icma.az
close
up
RU
Zelenski niyə kostyum qalstukdan istifadə etmir MARAQLI MƏQAMLAR

Zelenski niyə kostyum qalstukdan istifadə etmir MARAQLI MƏQAMLAR

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Rusiyanın Ukraynaya hücumundan sonra prezident Volodimir Zelenski dünyanın gündəmindədir. Onun çıxışları, Rusiyaya ünvanlanmış sərt mesajları ilə yanaşı, geyimi, davranışları da beynəlxalq medianın diqqət mərkəzindədir. Son bir ay ərzində xarici görünüşündə yorğunluq və kədər hiss olunan Zelenski artıq rəsmi geyimləri bir kənara qoyaraq, hərbi çalarların əks olunduğu geyinlərə üstünlük verir. O, hətta rəsmi danışıqlarda da kostyum və qalstukdan istifadə etmir, görüşlərə saqqallı qatılır.

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən dərhal sonra Volodimir Zelenski xalqa ilk müraciəti zamanı xaki rəngli köynəkdə görünüb. Həmin gündən indiyədək Ukrayna lideri yeni stildə görüntülənir.

Bəzi ekspertlərin fikrincə, Zelenski Ukrayna Silahlı Qüvvələrinin formasını geyinmir, bununla da o, vətəndaşlara hərbçilərin şöhrətini mənimsəmədiyi barədə siqnal verir.

Zelenskinin daha çox “5.11”, “Hallyard”, “281.z” markalarının köynəklərinə üstünlük verdiyi bildirilir. Onların qiyməti orta hesabla 400-600 Ukrayna qrivnasıdır. (təxminən 23-34 manat-red)

Bundan əlavə, Volodimir Zelenski Ukraynanın “M-Tac” brendinin xaki rəngli yun gödəkçələrinə və hərbi üslublu şalvara üstünlük verir.

Araşdırmalar zamanı məlum olur ki, Ukrayna prezidenti bahalı geyimlərdən yan qaçır, adi insanlar üçün əlçatan olan paltarlarla xalqın qarşısına çıxır. Digər üst geyimləri ilə yanaşı onun ayaqqabılarının da ucuz olduğu deyilir. Belə ki, Zelenski Buçaya 50 dollarlıq (85 AZN – red.) “Saucony” idman ayaqqabısı ilə gəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 Mart 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see253

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see243

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see191

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see187

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see151

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see135

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri