Zelenski Putindən danışdı: “Onun arxasınca dünyanın müxtəlif yerlərinə qaça bilmərik” KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinə birbaşa mesaj ünvanlayıb.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Zelenski Ankarada keçirdiyi brifinqdə çıxışı zamanı danışıb.
“Əgər Putin danışıqlara həqiqətən hazırdırsa – gəlin görüşək. Biz onun arxasınca dünyanın müxtəlif guşələrinə qaça bilmərik”, – deyə Ukrayna prezidenti bildirib.
O eyni zamanda Rusiya nümayəndə heyətinin İstanbul danışıqlarında zəif təmsil olunmasına etirazını bildirib:
“Donald Tramp Marko Rubionu göndərir, Türkiyənin xarici işlər naziri buradadır, Ukraynanın xarici işlər naziri Sıbiqa da buradadır. Bəs Rusiya tərəfdən uyğun səviyyəli şəxslər haradadır? Bu, həm ABŞ-a, həm də Türkiyəyə hörmətsizlikdir”.
Zelenski əlavə edib ki, o, Putinə heç bir xüsusi təklif göndərməyib və beynəlxalq ictimaiyyətin tələbi ilə bu danışıqlara razılıq verib:
“Biz aramızda münasibətlər necə olur-olsun, bu danışıqlar təkcə bizim üçün yox, bütün dünya üçün önəmlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 15 May 2025 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















