Zelenski Putinə zəng etməyəcək
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib.
Moderator.az xəbər verir ki, o, bu barədə Almaniya kansleri Fridrix Merts ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
"Telefon danışığından söhbət gedirsə, Rusiya bundan bir daha görüş keçirməmək üçün istifadə edəcək", - deyə Zelenski qeyd edib.
Zelenski telefon danışıqlarını "perspektivsiz" hesab etdiyini bildirib. O, danışıqlar aparmaq üçün Moskvaya səfər etməkdən də imtina edib.
"Heç kim Moskvaya səfəri dəstəkləməyəcək", - deyə Ukrayna prezidenti vurğulayıb.
Daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov "Vesti" telekanalının jurnalisti Pavel Zarubinə açıqlamasında Vladimir Putinin Zelenski ilə danışıqlardan heç vaxt imtina etmədiyini bildirmişdi.
Uşakov bu fikirləri Zelenskinin zəng edəcəyi təqdirdə Putinin onun zənginə cavab verib-verməyəcəyi ilə bağlı suala cavab olaraq səsləndirmişdi.
Baxış sayı:132
Bu xəbər 03 Noyabr 2026 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















