Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Peşəkar futbolçu Vüqar Əsgərov Sumqayıt şəhərində doğulub. O, uşaqlıqdan Latviyada böyüyüb və idman karyerasının böyük hissəsini orada keçirib.

2011-ci ildə Azərbaycan millisinin seçim təlim-məşq toplanışında iştirak edib və sonrakı illərdə dəfələrlə yığmaya çağırılıb. Əsgərov ölkədə “Sumqayıt”, “Araz-Naxçıvan” və “Zirə” klublarında çıxış edib. Lakin doğma ölkədə karyerası uğurlu alınmadığından yenidən Latviyaya qayıdıb və orada oyunçu kimi fəaliyyətini davam etdirib.

Artıq təxminən beş ildir ki, o, peşəkar futboldan uzaqlaşıb və bütün diqqətini ailəsinə yönəldib.

Vüqar Əsgərov İdman.Biz-lə söhbətində Azərbaycan futbolunda keçirdiyi illəri xatırlayıb və Latviyadakı həyatından danışıb.

- Latviyaya necə gəldiniz?

- Uşaqlıqdan Latviyada yaşayıram. Atam hələ Sovet dövründə bura köçüb. Mən isə Azərbaycanda - Sumqayıtda doğulmuşam. Valideynlərim istəyiblər ki, uşaqları məhz Sumqayıtda dünyaya gəlsin. Onlar “Nasosnı”da (Hacı Zeynalabdin qəsəbəsi - red) böyüyüblər. Mən bir yaşım olanda ailəmizlə birlikdə Latviyaya köçdük və orada qaldıq. Amma anamla atam pensiyaya çıxandan sonra yenidən Azərbaycana qayıdıblar.

Beləliklə, futbolla Latviyada məşğul olmağa başladım. Düz yadımdadırsa, o vaxt təxminən doqquz yaşım var idi. Liepaya şəhərinin “Metallurq” klubunun uşaq məktəbində məşq edirdim.

- Ailənizdə futbolla məşğul olan olubmu?

- Atam əlbəttə, dostları ilə bir yerdə, “Nasosnı”da və ya Sumqayıtda hobbisi kimi futbol oynayırdı. Amma ailəmizdə peşəkar futbolçu olan ilk şəxs mənəm.

- Azərbaycan futboluna necə yolunuz düşdü?

- Məni seçim toplanışına dəvət etdilər və orada yaxşı təsir bağışladım. Xatırlayıram, bir yoxlama oyununda qol da vurmuşdum. Bundan sonra əsas milli komandaya çağırıldım. Yığmada sonuncu oyunum 2013-cü ildə olub, yadımdadır, rəqib Malta idi. O görüşdə 15 dəqiqə meydanda oldum.

Azərbaycan çempionatında da oynamışam. 2013-cü ildə mənim çıxış etdiyim Liepaya “Metallurq” klubu maliyyə problemləri yaşayırdı və iflasın astanasında idi. O vaxt Azərbaycanlı menecer mənimlə əlaqə saxladı və “Sumqayıt”a keçməyi təklif etdi. Təxminən dörd ay orada oynadım. Sonra “Araz-Naxçıvan” və “Zirə” klublarının da heyətində çıxış etdim. Sonda yenidən Latviyaya qayıtdım.

- Azərbaycanda karyeranız niyə alınmadı?

- Açığı, orada oynamaq mənim üçün çətin idi. Futbolun səviyyəsi yüksək idi, klubların maliyyə imkanları yaxşı, legionerlər isə çox güclü idi. Millidə də hücumçular o vaxt mənim üçün ciddi rəqiblər idi. Amma Latviyaya qayıdandan sonra mövsümün ən yaxşı futbolçusu seçildim. Bu fakt Azərbaycan və Latviya futbolu arasındakı fərqi açıq şəkildə göstərir.

Amma taleyə minnətdaram ki, Azərbaycan millisinin formasını geyinmək qismətim oldu. Bu, böyük şərəf idi. O dövrü həmişə xoş xatirələrlə yada salıram. Üstəlik, mən yığmaya əfsanəvi Berti Foqtsun baş məşqçi olduğu vaxt düşmüşdüm. Onu ilk dəfə görəndə belə mütəxəssislə eyni məkanda olmağıma inana bilmirdim. Millidə çox oyun keçirməsəm də, vətən uğrunda meydana çıxmağın nə demək olduğunu hiss etdim və bununla qürur duyuram.

- Sizə heç Latviya millisində oynamaq təklif olunubmu?

- Xeyr, belə söhbət olmayıb. Mənim Azərbaycan pasportum var idi və indi də elədir. Latviya klublarında çıxış etsəm də, həmişə legioner sayılmışam.

- Bu illər ərzində Latviya vətəndaşlığı almağı düşünmüsünüzmü?

- Xeyr, belə bir istək heç vaxt olmayıb. Mən tez-tez Azərbaycana uçuram, Azərbaycan pasportu ilə bu, mənim üçün daha rahatdır. Onu başqa pasporta dəyişməyə heç ehtiyac görmürəm və bu barədə düşünməmişəm də.

- Futbola qayıdaq. Hazırda Azərbaycan və Latviya çempionatlarının səviyyəsini necə müqayisə edərdiniz?

- Mən futbola gəldiyim vaxt Latviya millisində İlmars Verpakovskis kimi oyunçular çıxış edirdi. 2004-cü ildə Latviya ilk dəfə Avropa çempionatına vəsiqə qazanmışdı. Amma sonradan nəsil dəyişdi və 2009-cu ildə mən yüksək liqada çıxış etməyə başlayanda vəziyyət artıq pisləşmişdi.

Hazırda məncə, Azərbaycan çempionatı Latviyanınkından xeyli güclüdür. Beş il əvvəl Latviya liqası bir qədər balanslı idi - çempionluq uğrunda 4-5 klub mübarizə aparırdı. İndi isə yalnız iki güclü komanda qalıb - “RFS” və “Riqa”. Onların səviyyəsi təxminən “Araz-Naxçıvan”a uyğundur, amma “Qarabağ”dan hələ çox uzaqdırlar.

- Bəs sizcə, Latviyada çempionatın səviyyəsi niyə aşağı düşüb?

- Ola bilsin, səbəb maliyyə imkanlarıdır. Bəlkə də oyunçuların səviyyəsi bir qədər geriləyib. Düzü, bu məsələlərə çox maraqlanmıram, çünki artıq Latviya futbolunu yaxından izləmirəm.

- Amma Azərbaycan futbolunu izləyirsiniz?

- Bəli! Evdə bütün Azərbaycan kanallarım var, ona görə də klublarımızın oyunlarını izləyirəm. Görünür, çox şey dəyişib: meydanlar, infrastruktur yaxşılaşıb, yeni stadionlar tikilir, gənclər fəal inkişaf edir. Arzulayıram ki, bu inkişaf davam etsin.

Klublar arasında ilk növbədə “Qarabağ”ı izləyirəm, xüsusən də onların Çempionlar Liqasındakı oyunlarını. “Sabah”ı da dəstəkləyirəm. Baş məşqçiləri – litvalı Valdas Dambrauskasla tanışam. O vaxt Latviya “RFA” klubunun başında idi, mən isə onun komandasına qol vurmuşdum.

- Sizcə, “Sabah” gələcəkdə “Qarabağ”a rəqib ola bilərmi?

- Qurban müəllim komandasını illər ərzində formalaşdırıb. Hətta Latviyada da “Qarabağ”ı və Qurban Qurbanovu tanıyır, hörmət edirlər. Yaxınlarda dostlarım “Çelsi” - “Qarabağ” oyununa baxmaq üçün bara getmişdilər və “bizimkiləri” dəstəkləmişdilər. Yəni “Sabah”ın həmin səviyyəyə çatması üçün hələ çox yol keçməsi lazımdır.

Amma nəzərə alsaq ki, “Qarabağ” indi bütün diqqətini Avropa Liqasına yönəldib, bəzən daxili çempionatda arxayınlaşa bilər. Bu zaman “Sabah” kimi komandalar şansdan yararlana bilər.

- Bəs millinin oyunlarını izləyirsinizmi?

- Düzünü desəm, o qədər də yaxından yox. Amma milli Latviyaya gələndə azərbaycanlı nümayəndə heyəti mənimlə əlaqə saxladı, uşaqlarla görüşmək üçün məni dəvət etdilər. Çox səmimi görüş oldu.

Əsas sevindiyim odur ki, millinin başında indi Ayxan Abbasovdur. Həmişə demişəm, yerli mütəxəssislərə şans vermək lazımdır. Robert Prosineçki və Canni De Byazidən sonra uzun müddət komandaya azərbaycanlı ruhunu hiss etdirən məşqçi gəlməmişdi. İndi hər şeyin doğru istiqamətdə getdiyini düşünürəm. Ukrayna ilə oyun da layiqli alındı - komanda mübarizə apardı, ruh hiss olunurdu. Uşaqlara növbəti matçlarda uğurlar arzulayıram.

- Təxminən beş il əvvəl karyeranızı bitirdiniz. Futbolu tərk etmək çətin olmadı?

- Xeyr, buna hazır idim. Gənc, iddialı futbolçular meydana çıxanda rəqabət səviyyəsi dəyişir. Amma etiraf edim ki, hələ 35 yaşımda olarkən də Latviya çempionatında ayın ən yaxşı futbolçusu seçilirdim. “Dauqavpils”də keçirdiyim son üç ili (2018–2020) karyeramın ən parlaq dövrü sayıram. Amma illər keçdikcə oynamaq çətinləşirdi. Başa düşürdüm ki, bu işi nə vaxtsa bitirmək lazım olacaq. Pandemiya başlayanda hər şey öz-özünə uyğun şəkildə yekunlaşdı.

- Bu qədər il futbolda olmağınız indi həyatınıza təsir edibmi?

- Deyə bilmərəm. Heç bir xüsusi imtiyazım yoxdur. Əlbəttə, bəzən küçədə tanıyıb yaxınlaşanlar olur, bu, xoşdur. Amma artıq futbol həyatı yaşamıram. Düzünü desəm, stadiona da getmirəm. Sonuncu dəfə Azərbaycan millisi Latviyaya gələndə olmuşdum, vəssalam. Bəlkə də sadəcə, futboldan yorulmuşam. Məşqçi kimi işləmək də məni maraqlandırmır, baxmayaraq ki, C kateqoriyalı məşqçi lisenziyam var. Bəzən sadəcə həvəskar liqalarda zövq üçün oynayıram.

- Karyeranı bitirəndən sonra nə ilə məşğul oldunuz?

- Artıq özümü hazırlamışdım, ona görə də “indi nə edəcəyəm” kimi narahatlıq yaşamadım. Çoxdan özümə qəlyan barı açmaq ideyam var idi. Azərbaycanda belə məkanlar populyardır, düşündük ki, bənzərini burada da yaradaq. İndi Latviyanın bir çox şəhərlərində azərbaycanlılar bu tip yerlər açıb.

Bundan əlavə, tam olaraq ailə həyatına yönəldim. Futbol oynayanda hər şey planlı olurdu: məşqlər, toplanışlar, oyunlar... Gənclikdə bu, zövqlüdür, amma yaş artdıqca çətinləşir. Bəzən öz-özümə düşünürdüm: “Bütün bunlar nə vaxt bitəcək?” Şəxsi həyata vaxt qalmırdı - hər şey futbol ətrafında fırlanırdı.

- Həyat yoldaşınızla necə tanış olmusunuz?

- Karyeramın sonuna yaxınlaşdığım vaxt tanış olmuşuq. Təsadüfən, hansısa kafedə. Açığı, detalları çox xatırlamıram. Sadəcə söhbət etdik, sonra münasibət başladı. İndi isə ailəmiz var, qızımız böyüyür - tezliklə bir yaşı olacaq. Hər şey sakit və qaydasındadır. Əvvəllər həyat məşqlər və oyunlardan ibarət idi, indi isə iş və ailədir.

- Xanımınız latviyalımıdır?

- Bəli.

- Azərbaycanda olubmu?

- Əlbəttə. Hətta bu il ilk dəfə qayınanamı da apardım. May ayında Bakıda idik, o, çox bəyəndi. Ümumiyyətlə, kim Bakıya gəlirsə, hamı heyran qalır.

Mən özüm də ildə bir neçə dəfə vətənə gedirəm. Valideynlərim orada yaşayır və Azərbaycana olan sevgim heç vaxt sönmür. Azərbaycan, oranın yeməklər, insanlar, ab-hava. Düzü, mən istirahət üçün Dubaya və ya Parisə deyil, Bakıya getməyi üstün tuturam. Mənim üçün dünyanın ən gözəl şəhəri Bakıdır. Azərbaycanda hər şey başqadır - təbiət, meyvələr. Amma Latviya da mənim ikinci vətənimdir, sevdiyim, böyüdüyüm və futbol həyatımın keçdiyi ölkədir.

- Latviyada azərbaycanlı diasporası böyükdürmü?

- Bəli, kifayət qədər böyükdür. Tələbələr, iş adamları çoxdur. Biz bir-birimizlə əlaqə saxlayır, görüşürük. Yaxınlarda azərbaycanlı dostumla “Qarabağ” - “Çelsi” oyununa baxdıq, böyük zövq aldıq.

- Hazırda Latviyada peşəkar azərbaycanlı futbolçular varmı?

- Bildiyim qədərilə, yoxdur.

- Sonda: özünüzü daha çox azərbaycanlı, yoxsa latviyalı hiss edirsiniz?

- Qəti şəkildə azərbaycanlı. Amma təbii ki, Latviya da mənə təsir edib. Desəm ki, “mən avropalı azərbaycanlıyam”, səhv olmaz (gülür).

Leyla Eminova

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Noyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see242

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see229

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see208

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see207

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see201

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see189

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see187

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see169

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see168

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see159

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see158

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see158

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see153

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see150

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see145

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri