Zelenski: Rusiya elə təəssürat yaratmağa çalışır ki, guya müharibəni udur
Icma.az bildirir, Apa.az portalına istinadən.
Rusiya müharibədə 1 milyon 300 min nəfər itki verib.
APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İsveçə səfəri çərçivəsində bu ölkənin Baş naziri Ulf Kristersonla birgə mətbuat konfransında deyib.
“Rusiya ABŞ və Avropada təbliğat aparır, elə təəssürat yaratmağa çalışır ki, guya müharibəni udur. Bu həqiqət deyil. Onların bir milyondan çox - 1 milyon 300 min itkisi var. Onların iqtisadiyyatı da zəifləyir. Rusiya Ukraynaya maliyyə dəstəyini azaltmaq üçün ABŞ və Avropanı bölmək istəyir. Avropada bəzi ölkələrə nəzər saldıqda Rusiyanın buna nail olduğunu görmək olar. Amma güclü ölkələr hələ də birlikdədir”, - Zelenski bildirib.
O, İsveçdən alınacaq qırıcı təyyarələr mövzusuna da toxunub və bu qırıcıların növbəti il Ukrayna ordusunun istifadəsinə veriləcəyini bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 22 Oktyabr 2025 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















