Icma.az
close
up
RU
Zelenski sammit üçün Türkiyəyə işarə edib

Zelenski sammit üçün Türkiyəyə işarə edib

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukraynada müharibəyə son qoymaq üçün diplomatik səylər son günlər əhəmiyyətli sürət qazandığı bi vaxtda, İstanbul yenidən Avropa və Ukraynanın yekun sülh yolunda vacib hesab etdiyi Putin-Zelenski sammitinin gündəminə gəlib.

Bizimyol.info xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski, Rusiya lideri Vladimir Putinlə görüşəcəyi yerlər kimi Türkiyə, Avstriya və İsveçrənin ola biləcəyinə işarə edib.

Putinlə danışığa hazır olduğunu təkrarlayan Zelenski bildirib ki, Qərb bu mərhələdən əvvəl Ukraynaya yekun təhlükəsizlik zəmanəti verməlidir.

Moskvanın ritorikasının əksinə olaraq, Ukrayna lideri bəyan edib ki, Çin və Rusiya bu təhlükəsizlik sazişlərində zəmanətçi ola bilməzlər. O, Vaşinqtonun Kiyevə tətbiq etməyə çalışdığı “torpaq üçün sülh” formuluna qarşı olduğunu və istənilən potensial sülh razılaşmasının cəbhə xəttinə əsaslanmalı olduğunu təkrarlayıb.

Rusiya xarici işlər naziri Sergey Lavrovun isə açıqlamalarında Kiyevlə Moskvanın tələbləri arasında uyğunsuzluğun olduğunu qeyd edib. Rusiya və Çinin tərəfdar olmadığı ssenaridə Ukrayna üçün təhlükəsizlik zəmanətini qəbul etməyəcəklərini ifadə edən Lavrov, Rusiyanın bu məsələdə güzəştə getməyəcəyinə eyham vurub və Donetsk, Luqansk, Zaporojya və Xerson bölgələrinin Rusiya konstitusiyasına daxil edildiyinə işarə edib. Zelenskinin səlahiyyət müddətinin başa çatdığını qeyd edən Lavrov, Rusiyanın “necə və kiminlə” potensial müqavilə imzalayacağının bəlli olmadığını bildirib.

Bu arada, Rusiya hərbçiləri ötən gecə 600 pilotsuz təyyarə və raketlə Ukraynaya hücum edib. Ukraynanın Polşa və Macarıstanla sərhədlərinə yaxın ərazilər hədəfə alınıb və strateji hədəfin Ukraynanın yeni istehsal etdiyi, 3000 km mənzilli “Flamingo” raketinin fabrikləri olduğu iddia edilib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 22 Avqust 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see413

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see409

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see316

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see300

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see300

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see293

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see274

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see271

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see271

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see268

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see264

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see259

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see256

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see250

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see247

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see239

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see233

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see229

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see224

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri