Zelenski: Starlink in sürəti əvvəlki səviyyəyə qaytarıldı
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
Ukrayna Prezidenti Vladimir Zelenski Starlink və Starshield sistemləri vasitəsilə Ukrayna ordusuna göstərilən internet xidmətinin sürətinin əvvəlki səviyyəyə qaytarıldığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə yayımladığı videomüraciətdə danışıb.
Zelenski Starlink peyk sisteminin hərbi məqsədlər üçün istifadə olunan Starshield versiyası ilə bağlı son problemlərə toxunaraq deyib: “Biz Starlink və Starshield-i bütün bu məhdudiyyətlərdən əvvəlki sürətinə qaytardıq”.
Ukrayna lideri problemin həllinin cəbhə xəttindəki hərbi əməliyyatların aparılması və hava hücumlarının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Zelenski müharibənin başa çatdırılması ilə bağlı Avropadakı ABŞ rəsmiləri ilə danışıqlara hazırlıq görüldüyünü də bildirib. “Avropa diplomatiyaya qarışmalıdır”, – deyə, o qeyd edib.
Prezident, həmçinin Rusiyanın nəzarətində olan Xerson vilayətinin Oleşki şəhərinin sakinlərinə humanitar yardım çatdırılması üçün oktyabrın 27-dən müvəqqəti atəşkəs elan edilməsi məsələsinə toxunub.
“Oleşki ilə bağlı da razılıq əldə edilib. Şəhərə girişin açılması üçün bu, tezliklə həyata keçirilməlidir. Müvəqqəti işğal altında olan Xerson vilayətində ruslar yollara minalar yerləşdiriblər. Buna görə də vəziyyət çətindir, son dərəcə çətindir”, – deyə, Zelenski bildirib.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 24 Oktyabr 2026 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















