Icma.az
close
up
RU
Zelenski sülh şərtlərini açıqladı “Rusların bizi aldatmamasına əmin olmaq lazımdır...”

Zelenski sülh şərtlərini açıqladı “Rusların bizi aldatmamasına əmin olmaq lazımdır...”

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Martın 6-da Brüsseldə keçirilən zirvə toplantısında çıxış edən Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə verilən dəstəyə görə sammitdə iştirak edən Avropa liderlərinə təşəkkür edib.

Zelenski onlara çağırış edərək deyib ki, "tam və ədalətli nizamlanma, təhlükəsizlik zəmanətləri üzrə əhatəli bir saziş" ilə bağlı hər hansı danışıqlarda "rusların bizi aldatmamasına" əmin olmaq lazımdır.

"Ondan sonrakı addım danışıqların aparıldığı şəraitdə əsas etimadın qurulmasıdır... Əsirlərin azad edilməsi təməl etimadın yaradılmasında bir vasitə ola bilər", – o, bildirib.

Zelenski Avropa liderlərini Ukraynaya qarşı hava və dəniz hücumlarını dayandırması üçün Kremlə təzyiq göstərməyə də çağırıb. O, bunun üç ildir davam edən müharibənin dayandırılması üçün etimadın qurulması və danışıqlarda irəliləyiş üçün vacib bir addım olduğunu deyib.

"Hər kəs əmin olmalıdır ki, Rusiya bu müharibənin yeganə mənbəyi kimi müharibəyə son qoymağın zəruriliyini qəbul etsin", - Zelenski əlavə edib.

O, görüşdən sonra sosial şəbəkədəki paylaşımında qeyd edib ki, gələn həftə Səudiyyə Ərəbistanına gedəcək.

"Komandam amerikalı tərəfdaşlarla işləmək üçün Səudiyyə Ərəbistanında qalacaq", - o, əlavə edib.

Ağ evin xüsusi elçisi Stiv Uitkoff da ABŞ hökumətinin Səudiyyə Ərəbistanında Ukrayna nümayəndələri ilə görüş planlaşdırdığını təsdiqləyib. O, koordinasiya səylərinin hələ də davam etdiyini və danışıqların Ər-Riyad və ya Ciddədə keçirilə biləcəyini deyib.

Parisdə və Londonda keçirilən fövqəladə toplantılardan sonra Brüsseldəki sammitdə əsas diqqət ABŞ-nin Ukraynaya yardımı dayandırması və Avropanın öz təhlükəsizliyində daha böyük rol oynaması barədə xəbərdarlığından sonra Aİ-nin müdafiə xərclərini artırması məsələlərinə yönəlib.

Sammitin açılış nitqini edən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen "Avropa açıq və real təhlükə ilə üz-üzədir, bu da onun özünü qoruya və müdafiə edə bilməsi zərurətini daha da artırır" deyə vurğulayıb.

"Avropa və Avropa ailəsinin bir hissəsi olan Ukrayna üçün həlledici məqamdır. Bu, Ukrayna üçün də dönüş nöqtəsidir", - o, deyib.

Bir neçə saat davam edən müzakirələrdən sonra qəbul olunan yekun bəyanatda bildirilib ki, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi və onun Avropa və qlobal təhlükəsizliyə təsirləri "Avropa İttifaqı üçün mövcudluq təhdidi təşkil edir".

"Bu kontekstdə Avropa İttifaqı qurumun təhlükəsizliyini və vətəndaşlarımızın müdafiəsini gücləndirmək məqsədilə zəruri alətlərin və maliyyələşmənin hərəkətə keçirilməsini sürətləndirəcək", - deyə əlavə edilib.

Bəyanatda müdafiə xərcləri ilə bağlı büdcə çevikliyini təmin edən və silahlı qüvvələrini gücləndirmək üçün üzv ölkələrə Avropa İttifaqı tərəfindən dəstəklənən 150 milyard avro kreditlərin verilməsi ilə bağlı ifadələr yer alıb. Bu sənəd Macarıstan da daxil olmaqla Avropa İttifaqının bütün üzvləri (27 ölkə) tərəfindən təsdiqlənib.

AzPolitika.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 Mart 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see250

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see223

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see177

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see169

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see151

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see150

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see144

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see141

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see141

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri