Icma.az
close
up
RU
Zelenski Tramp planına qarşı çıxdı: “Nə Krımı, nə də Donbası veririk!” KONKRET

Zelenski Tramp planına qarşı çıxdı: “Nə Krımı, nə də Donbası veririk!” KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərini Rusiya ərazisi kimi tanımayacağıq”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O, Kiyevin Rusiya tərəfindən işğal olunmuş əraziləri heç vaxt hüquqi olaraq Rusiya torpaqları kimi tanımayacağını bildirib.

Onun sözlərinə görə, bu, Ukrayna Konstitusiyasında əks olunmuş prinsipial və dəyişməz mövqedir və bu yanaşmanı neytral mövqe tutmağa çalışan ölkələr də daxil olmaqla, beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti dəstəkləyir.

“Yalnız Ukrayna xalqı öz əraziləri barədə qərar vermək hüququna malikdir. Bütün müvəqqəti işğal olunmuş torpaqlar Ukraynaya məxsusdur”, — deyə Zelenski Rusiyanın raket zərbələri ilə dağıdılmış və Kiyevin Svyatoşin rayonunda yerləşən bir binanın önündə keçirilən anım mərasimində çıxışı zamanı vurğulayıb.

Prezident həmçinin qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi alyansın bütün üzvlərinin dəstəyindən asılıdır. Ukrayna bu məsələni tərəfdaşlarla, xüsusilə Londonda keçirilən danışıqlarda gündəmə gətirir.

Zelenski ABŞ və Avropa ölkələri tərəfindən Ukraynaya güclü təhlükəsizlik zəmanətləri verilməsinin vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, bu zəmanətlər hərbi iştirakdan ibarət olmaya da bilər — məsələn, kəşfiyyat məlumatlarının paylaşılması, kibertəhlükəsizlik və hava hücumundan müdafiə sistemlərinin təmin olunması.

Xatırladaq ki, daha əvvəl “Reuters” agentliyi ABŞ-ın Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı təkliflər siyahısını yayımlamışdı. Agentliyin mənbələrinin məlumatına görə, bu sənəd ABŞ-ın keçmiş prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff tərəfindən Parisdə Avropa tərəfdaşlarına təqdim olunub.

Sənəddə Krımın Rusiya nəzarətində olduğu faktının tanınması, eləcə də dörd işğal olunmuş bölgə üzrə Rusiyanın de-fakto nəzarətinin qəbul edilməsi nəzərdə tutulur. Əvəzində isə Ukraynaya neytral status şərti ilə təhlükəsizlik zəmanətlərinin verilməsi təklif olunur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Aprel 2025 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see139

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri