Zelenski Trampla atəşkəsin detallarını danışdı
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp və Ukrayna rəhbəri Volodimir Zelenski telefon danışığı zamanı havada və dənizdə, eləcə də cəbhə xəttində hərbi əməliyyatların dayandırılmasının təfərrüatlarını müzakirə ediblər.
"Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın "Public” telekanalı Zelenski administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, söhbət bir saata yaxın davam edib. Tramp Zelenskiyə Ukrayna ətrafında vəziyyətin həlli ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə dialoqunun məzmunu barədə məlumat verib. Tərəflər atəşkəs rejiminin parametrlərini razılaşdırıb və onun praktikada həyata keçirilməsi yollarını müzakirə ediblər.
Bundan əlavə, Zelenski cəbhədəki mövcud vəziyyət barədə danışıb və hərbi əsirlərin azad edilməsi məsələsini qaldırıb. Razılaşmaların təfərrüatları açıqlanmır, lakin mənbə dialoqun konstruktiv olduğunu vurğulayıb.
Baxış sayı:146
Bu xəbər 19 Mart 2025 22:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















