Zelenski Trampla şəxsi görüşə ehtiyac yarandığını bildirib
Azpost saytına istinadən Icma.az xəbər verir.
Ukrayna və ABŞ komandaları sanksiya siyasəti və təhlükəsizlik zəmanətləri ilə bağlı fəal məsləhətləşmələr aparırlar. Lakin əsas məsələlərin həlli üçün iki prezident arasında şəxsi görüş zəruridir.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, dialoq hazırda danışıqlar qrupu səviyyəsində davam edir. Zelenskinin sözlərinə görə, komandalar sanksiya təzyiqi də daxil olmaqla geniş məsələləri müzakirə edirlər.
Zelenski qeyd edib ki, Trampla Rusiyaya qarşı sanksiyaları və ya ABŞ məhdudiyyətlərinin yumşaldılmasını müzakirə etməyib. Bununla belə, o, ABŞ lideri ilə birbaşa əlaqəyə ehtiyac olduğunu deyib. “Danışıqlarla bağlı bir çox problemimiz var. Düşünürəm ki, indi prezidentlər görüşməlidir. Çünki komandalar işləyir, amma həll olunmamış bəzi məsələlərimiz var. Komandalarımız görüşümüz üzərində daha çox çalışmalıdırlar”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 15 Mart 2026 19:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















