Icma.az
close
up
RU
Zelenski Türkiyə vasitəsilə Rusiya ilə danışıqları bərpa etməlidir ŞƏRH

Zelenski Türkiyə vasitəsilə Rusiya ilə danışıqları bərpa etməlidir ŞƏRH

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Ötən həftə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Volodimir Zelenski arasında keçirilən qalmaqallı görüş bu gün dünyada ən çox müzakirə olunan məsələlərdəndir. 

Bəs liderlər arasındakı gərginlik Rusiya-Ukrayna müharibənin gedişatına necə təsir göstərəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirdi ki, ABŞ Prezidenti Tramp və Ukrayna Prezidenti Zelenski arasında baş tutan görüş, şübhəsiz ki, Ukraynanın vəziyyətinin çətinləşməsinə səbəb olacaq. Onun sözlərinə görə, Ukraynanın əsas silah təminatı məhz ABŞ tərəfindən həyata keçirilirdi:

"ABŞ-nin verdiyi strateji silahlar sayəsində Ukrayna Rusiyanın dərinliklərinə zərbə endirə bilirdi. Bu da müharibənin gedişinə əsaslı təsir göstərə bilirdi. Həmçinin Ukraynanın müharibə dövründəki ən böyük və uğurlu əməliyyatlarından biri olan Kursk əməliyyatı da ABŞ-nin verdiyi silahlar hesabına əldə olunmuşdur. Bu, müharibədə Ukraynaya kömək edəcək əsas amillərdən biridir".

Politoloq qeyd etdi ki, Avropa ölkələrinin Ukraynaya tam miqyaslı maliyyə dəstəyi göstərməsinin çox şahidi olmamışıq.

"Ukraynanın əsas maliyyə dəstəyini ABŞ həyata keçirirdi. Avropa ölkələrinin Ukraynaya dəstək üçün Londonda keçirilən sammitində açıq şəkildə gördük ki, Avropa bu məsələdə Amerikanı əvəz edə bilməz. İstər maliyyə, istər silah mövzusunda Avropa ölkələrinin genişmiqyaslı müdafiə sənayesi ehtiyatları yoxdur ki, onlar Ukraynaya yetərincə kömək edə bilsin və Ukrayna qələbə qazansın. Avropa ölkələrinin öz maddi təminatı o qədər yüksək deyil ki, Ukraynaya irihəcmli yardımlar etsin.

Şübhəsiz ki, Zelenski-Tramp toqquşması Ukraynanın vəziyyətinin daha da gərginləşməsinə səbəb olacaq. Düşünürəm ki, Kiyev danışıqlara başlamalıdır. Ya Türkiyənin, ya da Çinin vasitəsilə Zelenski hökuməti Rusiya ilə danışıqları bərpa etməlidir. Əks halda bu, Zelenskinin müharibədə çoxlu ərazi itirməsinə və vəziyyətin daha da pisləşməsinə gətirib çıxara bilər. Bu isə arzuolunan deyil", - deyə Z.Əmrəliyev vurğuladı.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Mart 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri