Zelenski Türkiyə və Britaniyaya hərbçi göndərməyə dair qanun layihəsini parlamentə təklif edib
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna Prezidenti Volodmir Zelenski ukraynalı hərbçilərin digər ölkələrə göndərilməsi haqqında qanun layihəsini parlamentə təklif edib.
Oxu.Az bu barədə "Strana" nəşrinə istinadən xəbər verir.
"Zelenski Ali Radaya Ukrayna qoşunlarını Türkiyə və Böyük Britaniyaya göndərməyi təklif edib" , - deyə nəşrin məlumatında bildirilir.
Ukraynanın müdafiə naziri Denis Şmıqalın sözlərinə görə, qanun mürəkkəb hərbi texnikanın əldə edilməsi və ondan istifadənin öyrənilməsi məqsədilə Ukrayna bölmələrinin bu ölkələrə göndərilməsi üçün lazımdır.
Qeyd edilir ki, Kiyev Türkiyəyə Hərbi Dəniz Qüvvələrinin "Hetman İvan Mazepa" hərbi gəmisini və 106 hərbçini, Böyük Britaniyaya isə bəzi mina əleyhinə gəmiləri göndərməyi planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 22 Sentyabr 2025 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















