Icma.az
close
up
RU
Zelenski üçün fəlakət ssenarisi: Tramp Ukraynanı Putinə nəyin qarşılığında peşkəş edəcək?

Zelenski üçün fəlakət ssenarisi: Tramp Ukraynanı Putinə nəyin qarşılığında peşkəş edəcək?

Icma.az, Sitat.info saytına istinadən bildirir.

"Ukrayna yaman günə qaldı, Rusiya isə yenidən dirçələcək. Tramp və administrasiyası deyir: Rusiya işğal etdiyi Ukrayna torpaqlarında qalacaq. Ukrayna NATO-ya daxil olmur. Ukrayna ərazisində Qərbin hərbi bazaları yerləşmir... Bu qədər güzəştin müqabilində ABŞ Rusiyadan nə alacaq? Orası bəlli deyil. Ancaq aydındır ki, Amerika elə-belə Rusiyaya güzəştə getməyib...".

Sitat.info xəbər verir ki, bu sözləri siyasi şərhçi Elbəyi Həsənli deyib. 

O hesab edir ki,  ABŞ-Rusiya danışıqlarının nəticəsi Ukrayna üçün fəlakətdir: "Ukrayna ərazisinin az qala beşdə birini itirmiş olacaq. Amerika Ukraynaya verdiyi silahların müqabilində isə bu ölkənin təbii sərvətlərinə əl qoyacaq. Düşünün, Ukrayna darmadağın olub, ölkəni bərpa etmək üçün pul lazımdır. Ukraynanın da təbii sərvətlərləri qəpik-quruşa Amerikaya axacaq.

Bu həm də o deməkdir ki, Volodimir Zelenskini yenidən prezident seçilməyəcək. Çünki onun Qərbə stavka edərək apardığı siyasət iflasa uğradı. Təbii ki, Rusiya bütün gücünü səfərbər edəcək ki, Ukraynanın növbəti prezidenti rusiyapərəst olsun...". 

E.Həsənli bildirib ki, ABŞ-Rusiya anlaşması rəsmi Moskvaya geniş manevr imkanları verəcək: "Xüsusən keçmiş SSRİ məkanında. ABŞ-Rusiya anlaşması Rusiyanın yenidən Cənubi Qafqaz və Türkistanda fəallaşmasına gətirib çıxaracaq... Azərbaycan və Ermənistan üçün çətin olacaq. Xüsusən Nikol Paşinyan çıxılmaz vəziyyətə düşəcək. Ukraynanı yaman günə qoyan Qərb kritik məqamda Ermənistana sahib çıxarmı? Düşünmürəm. Deməli, Ermənistanda olan Qarabağ klanı Rusiyanı arxasına alaraq hakimiyyət uğrunda daha inadla mübarizə aparacaq. Bütün bu ziddiyyətlərin içində Zəngəzur dəhlizi açılacaqmı? Bu məsələ daha çox Türkiyə-Rusiya anlaşmasına bağlı olacaq".

Nigar,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sitat.info
archiveBu xəbər 13 Fevral 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see134

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see134

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see123

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see119

Son xəbərdarlıq: ABŞ Rusiyanın yanında, Avropaya qarşı

06 Dekabr 2025 21:41see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri