Icma.az
close
up
RU
Zelenski üçün SON anons: Sənədi o imzalamayacaq Sui qəsd...

Zelenski üçün SON anons: Sənədi o imzalamayacaq Sui qəsd...

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Politico” nəşri Avropa rəsmilərinin Ukraynadakı münaqişənin nizamlanması çərçivəsində 40 kilometrlik bufer zonanın yaradılmasına dair müzakirə apardıqlarını yazıb. Nəşrin məlumatına görə, bu təklif mümkün sülh sazişinin tərkib hissəsi kimi nəzərdən keçirilir.

Bildirilir ki, bu təklif Rusiya ilə Ukrayna arasında atəşkəs və ya müharibədən sonrakı tənzimləmə ssenariləri çərçivəsində müzakirə olunan variantlardan biridir. Lakin ABŞ-ın bu istiqamətdə müzakirələrə qatılmaması maraq doğurur.

Ərazidə bufer zonanın yaradılması hansı nəticələrə gətirib çıxara bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, ümumi razılıq əldə olunmasa, bufer zonanın heç bir əhəmiyyəti qalmayacaq:

“Rusiya özünün aqressiv ritorikasından əl çəkməsə və Ukrayna hələ də oyuna qurban getməyə hazır olacaqsa, bufer zona yaradılsa belə, müharibə yenidən başlaya bilər. ABŞ Avropa ilə razılığa gəlməlidir. Müharibənin əsas “kor düyün”ü məhz ABŞ və Avropa arasındakı ziddiyyətlərdir.

Rəsmi Vaşinqton müharibənin bitməsində bir neçə səbəbdən maraqlıdır:

Müharibə bitdikdən sonra Ukraynaya investisiya qoyacaq. Rusiya ilə münasibətlərin normallaşdırılması və iqtisadi əlaqələrin bərpasını istəyir. Rusiya-Ukrayna müharibəsindən sonra diqqətini Çin və Yaxın Şərqlə münasibətlərə yönəldəcək. ABŞ Prezidenti Donald Tramp Nobel Sülh mükafatına iddialıdır.

Avropa isə əksinə, müharibənin uzanmasında maraqlıdır. Çünki Avropa ölkələri Ukraynadan sonra hədəf ola biləcəklərinə görə narahatdırlar. Bununla yanaşı, Kiyevə silah satırlar. Müharibə davam etdikcə, Avropa öz iqtisadi maraqlarını təmin edir”.


Kənan Novruzov

Siyasi şərhçi bildirib ki, Avropa faktoru olmasa, ABŞ müharibəni daha asanlıqla bitirə bilərdi:

“Rusiyanın maksimalist siyasəti fonunda müharibənin tezliklə sona çatması gözlənilmir. Kreml əlavə torpaqların ələ keçirilməsində maraqlıdır. Ukrayna Prezidenti Volodimir Zelenski isə güzəştə getmək istəmir, çünki buna görə “vətən xaini” adlandırıla bilər.

Hər halda, Ukrayna və Rusiya arasında müharibə gec-tez sona çatacaq. Lakin sülh sənədinə Ukrayna tərəfdən imza atan şəxs Zelenski olmayacaq. O vaxta qədər ya öldürüləcək, ya da hakimiyyətdən devriləcək.”

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Avqust 2025 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri