Icma.az
close
up
RU
Zelenski: Ukraynada dronları ələ keçirən texnologiyaların istehsalı üzərində dörd şirkət çalışır

Zelenski: Ukraynada dronları ələ keçirən texnologiyaların istehsalı üzərində dörd şirkət çalışır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kiyev, 21 iyun, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, iyunun 20-də Rusiyanın həyata keçirdiyi hava hücumu zamanı onlarla düşmən dronu xüsusi qurğularla vurulub.

AZƏRTAC “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə dövlət başçısı jurnalistlərlə söhbəti zamanı məlumat verib.

“İyunun 20-də həyata keçirilmiş hücum zamanı onlarla Rusiya dronu PUA əleyhinə qurğularla vurulub. Artıq söhbət bir neçə ədəddən getmir. Biz anlayırıq ki, bu, bizim alətimizdir və o, dəqiq işləyir”, – deyə Zelenski qeyd edib.

Prezident bildirib ki, Ukraynada bu tip qurğuların istehsalı ilə dörd şirkət məşğuldur.

“Ukraynada dörd şirkət bu məhsulları istehsal edir. Onlardan ikisi çox uğurludur”, – deyə Ukrayna Prezidenti əlavə edib.

Zelenski daha sonra qeyd edib ki, artıq xarici tərəfdaşlarla bu istehsalın maliyyələşdirilməsi ilə bağlı razılıq əldə olunub: “Biz Mertslə, Almaniya ilə razılaşmışıq. Onlar maliyyələşdirəcəklər. G7 sammitində Kanadanın Baş naziri Karniyə təşəkkürümü bildirdim”.

Ukrayna Prezidenti vurğulayıb ki, keçən illə müqayisədə bu il üçün daha çox artilleriya, uzaqmənzilli və yaxınmənzilli dronların alınmasını nəzərdə tutan müqavilələr bağlanıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 İyun 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see227

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see181

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see150

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see147

Qurban Qurbanov: Futbolçularım sona qədər mübarizə apardılar

01 Oktyabr 2025 23:44see145

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see142

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see141

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see140

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see136

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see135

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see132

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see131

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see126

Məlhəm hospitalından gənc yazarın iddialarına CAVAB

01 Oktyabr 2025 21:17see126

İnternet, yemək içmək və yatmaq: Monteneqroda dünyanın ən qeyri adi yarışlarından biri başladı

02 Oktyabr 2025 04:02see125

Papa Leo: ABŞ Prezidentinin Qəzza üçün sülh planı real təklifdir

02 Oktyabr 2025 02:18see124

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see120

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see120

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see118

COP29 Prezidenti: Süni intellekt dövründə iqlimlə mübarizədə yeni texnologiyalardan istifadə vacibdir

01 Oktyabr 2025 21:16see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri