Zelenski: Ukraynanın indiyədək NATO ya dəvət olunmamasını başa düşmürəm
Icma.az bildirir, Bizim media portalına istinadən.
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin hələ də NATO-ya dəvət olunmamasına təəccübləndiyini bildirib.
Bizim.Media xəbər verir ki, o, bu barədə Fox News telekanalına müsahibəsində danışıb.
Zelenski müttəfiqlərin bu mövqeyini heç vaxt başa düşmədiyini deyərək, Ukraynanın ABŞ və Avropa ölkələri ilə birlikdə NATO-da yer almaq istədiyini vurğulayıb.
“Biz NATO-da olmağı çox istəyirik. Bu, bizim üçün həm də təhlükəsizlik zəmanətidir. Bu, çox vacibdir”, – deyə Ukrayna lideri bildirib.
Müsahibə zamanı Zelenski Rusiyanın diplomatik prosesə imkan yaratmaq üçün müvəqqəti atəşkəsə razılıq verməməsini də tənqid edib.
“Biz bu müharibəni dayandırmaq istəyirik. Prezident Donald Tramp da, Avropa ölkələri də müharibənin başa çatmasını istəyir”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, Ukrayna hər gün heç olmasa müvəqqəti atəşkəs elan olunmasını təklif edir ki, diplomatik danışıqlar üçün imkan yaransın. Zelenski iddia edib ki, Rusiya buna razılıq vermir və əsas problem də bundan ibarətdir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 29 İyul 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















