Zelenski Yermakı yola salır? Hökumət üzvləri Prezidentə tövsiyə veriblər
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Böyük əks-səda doğuran Ukraynadakı məlum korrupsiya qalmaqalı Ukrayna Prezident Ofisinin başçısı Andrey Yermakın vəzifədən çıxarılması ilə nəticələnə bilər.
“AzPolitika” xəbər verir ki, “Ukrainskaya Pravda”-nın yazdığına görə, Prezident Volodimir Zelenskiyə yaxın əsas hökumət rəsmiləri ona Andrey Yermakı işdən çıxarmağı məsləhət görüblər.
Qeyd olunur ki, son bir həftə ərzində Zelenski enerji sektorundakı korrupsiya ilə bağlı araşdırmanın dərc olunmasından sonra vəziyyəti sabitləşdirəcək bir həll yolu müəyyən etmək üçün hökumət komandasının əsas fiqurları ilə görüşlər keçirib.
Görüşlərin bəziləri Baş nazir Sviridenko, Baş nazirin müavini Mixaylo Fedorov, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və başqaları ilə söhbətlər kimi açıq şəkildə sənədləşdirilib: "Həmin görüşlərdəki söhbətlərlə tanış olan insanların əmin etdiyi kimi, Prezidentlə görüşənlərin əksəriyyəti böhranın həlli üçün müxtəlif tövsiyələr verib, lakin demək olar ki, hamısı Prezident Aparatının rəhbəri Andrey Yermakı əvəz etməyi məsləhət görüb".
Qəzetin hakim partiya liderlərindən olan mənbəsinin dediyinə görə, Ali Radada Yermakın istefasını tələb edənlər həddindən artıq çoxdur: "Birbaşa şantaj olmadığı aydındır, amma bu baş verməsə(Yermak istefaya göndərilməsə-red.), fraksiyanın özü dağılacaq".
Qəzet yazır ki, hakim "Xalqın Xidmətçiləri" fraksiyası daxilində koalisiya yaranıb və onlar Yermak işdən çıxarılmasa, fraksiyanı tərk etməklə hədələyir.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 18 Noyabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















