Zelenski zərbə planından danışdı: "Belə şeylər açıqlanmır"
Bakupost saytına istinadən Icma.az xəbər verir.
“Qərb KİV-ləri Ukraynaya Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirməsinə qoyulan qadağanın aradan qaldırıldığını bildirib. Ancaq belə şeyləri ictimaiyyətə açıqlamaq olmaz”.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Bakupost.az “Unian”a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
O, qeyd edib ki, bir müddət əvvəl Qərb tərəfdaşlarına təqdim edilən “Qələbə planı”nda digər məsələlərlə yanaşı, Ukrayna ordusunun uzaq mənzilli qabiliyyətinə dair bənd də var. Zelenski qeyd edib ki, bu, planın əsas bəndlərindən biridir.
“Bu gün mediada çoxları deyir ki, biz müvafiq tədbirlər görmək üçün icazə almışıq. Amma zərbələr sözlə alınmır. Belə şeylər açıqlanmır. Raketlər özləri öz sözünü deyəcək. Şübhəsiz…”, - Ukrayna prezidenti əlavə edib.
“Nyu-York Tayms”ın məlumatına görə, ABŞ prezidenti Co Bayden Ukraynaya ATACMS raketləri ilə Rusiya ərazisinə zərbə endirməyə icazə verib.

S&P Azərbaycanın inflyasiya proqnozunu azaldıb
07 Dekabr 2024 09:51
Manatın dollara qarşı məzənnəsi… “S&P”
07 Dekabr 2024 17:33
“S&P” COP29un maliyyə uğurunu alqışlayır
18 Dekabr 2024 00:37
S&Pdən manatın məzənnəsi ilə bağlı PROQNOZ
07 Dekabr 2024 10:00
“S&P Global Ratings” Azərbaycan bank sektoru üzrə proqnozunu açıqlayıb
04 Noyabr 2024 18:54

