Zelenskidən mühüm açıqlama
Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin qış mövsümünə hazırlıq səviyyəsini tənqid edərək paytaxtın bu istiqamətdə ölkənin digər regionlarından geri qaldığını bildirib. O, dayanıqlılıq planlarının icrasının sürətləndirilməsini tələb edib.
Bu barədə "RBC-Ukrayna” məlumat yayıb.
"Kiyevin hər bir sakini bunu görür. Şəhər qışa həqiqətən də hazır deyil”, – Ukrayna lideri bildirib.
Onun sözlərinə görə, paytaxtda vəziyyət Rusiyanın genişmiqyaslı müharibəyə başlamasından sonra yaşanan əvvəlki qış mövsümləri ilə müqayisədə daha pisdir. Rusiyanın "Şahed” tipli dronlarının ayrı-ayrı hücumları belə şəhərdə elektrik və su təchizatında fasilələrə səbəb olur.
Zelenski vurğulayıb ki, sığınacaqların və məktəblərin tikintisi, müdafiə qurğularının inşası, nəqliyyatın fəaliyyəti, eləcə də binaların qışa hazırlanması baxımından Kiyev ölkənin digər regionlarından geri qalır.
"Bu problemlərin həlli və işlərin daha sürətlə aparılması tələb olunur”, – prezident qeyd edib.
Zelenski bildirib ki, Kiyevin qışa hazırlıq vəziyyətini şəhər rəsmiləri ilə müzakirə edib. Onun sözlərinə görə, bəzi regionlar daha çətin şəraitdə olsalar da, hazırlıq işlərini səmərəli təşkil ediblər.
///globalinfo///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 14 Oktyabr 2026 03:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















