Icma.az
close
up
RU
Zelenskidən rus nümayəndələrə SƏRT SÖZLƏR: “Bu, “idiot”luqdur” KONKRET

Zelenskidən rus nümayəndələrə SƏRT SÖZLƏR: “Bu, “idiot”luqdur” KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın İstanbul danışıqları zamanı irəli sürdüyü “iki-üç günlük atəşkəs” təklifinə sərt reaksiya verib.

KONKRET.az xəbər verir ki, Zelenski rus nümayəndə heyətinin bu təklifini “idiotluq” adlandırıb və qeyd edib ki, “atəşkəs qurbanların meyitlərini götürmək üçün deyil, onların öldürülməsinin qarşısını almaq üçün elan olunmalıdır”.

Ukrayna lideri həmçinin bildirib ki, Rusiya tərəfindən təqdim olunan “memorandum” ultimatuma bənzəyir və bu cür şərtlərlə danışıqların irəliləməsi mümkün deyil. Onun sözlərinə görə, cəbhədə komandirlər onsuz da qarşılıqlı şəkildə həlak olmuş hərbçilərin cəsədlərini dəyişirlər və bu, atəşkəs üçün əsas ola bilməz.

Zelenski Prezident Ərdoğanın təklif etdiyi formatda – o özü, Ərdoğan, Tramp və Putin arasında görüşə hazır olduğunu bildirib, lakin əlavə edib ki, belə bir görüşün atəşkəsə gətirəcəyi ilə bağlı nikbin deyil. “Bu görüş baş tutsa belə, mən düşünmürəm ki, real nəticə olacaq”, – deyə o vurğulayıb.

Ukrayna Prezidenti həmçinin Rusiyanın qaz infrastrukturuna qarşı kütləvi hücumlarından sonra ölkədə qaz çatışmazlığının yarana biləcəyini də qeyd edib. Onun sözlərinə görə, bu ehtiyacların yarısını qarşılamaq mümkün olub, qalan hissə üçün 1 milyard avroluq ehtiyac var və bu məsələ Norveçin Baş naziri ilə müzakirə olunur.

Zelenski Rusiyanın bir neçə istiqamətdə hücuma keçməyə çalışdığını bildirib: “Ən gərgin nöqtələr Sumi və Pokrovski istiqamətləridir. Biz bütün gücümüzlə onların hücum qrupları formalaşdırmasının qarşısını alırıq”.

Prezident rus nümayəndə heyətinin guya ukraynalılar tərəfindən təhdid olunmaları ilə bağlı iddialarına da ironiya ilə münasibət bildirib: “Yəqin onlara kimlərsə zəng edib hədələyir. Amma təəssüf ki, əvvəlki kimi kobud davranışlarını hələ də saxlayırlar, sadəcə indi bir qədər sakitləşiblər”.

Sonda Zelenski qeyd edib ki, Rusiya tərəfindən Ukrayna uşaqlarının oğurlanması məsələsində əsas məsələ onların sayı deyil, rusların belə faktı qəbul etməsidir: “Əsas məsələ – onların etiraf etməsidir ki, bu uşaqlar həqiqətən Ukraynadan aparılıb”.

Natiq Səlim,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 İyun 2025 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri