Zelenskidən Trampa təbrik mesajı: Ukraynalılar həqiqi sülhə nail olmaq üçün amerikalılarla birlikdə işləməyə hazırdırlar AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Kiyev, 21 yanvar, AZƏRTAC
Ukrayna sülhə nail olmaq üçün ABŞ-ın yeni prezident administrasiyası ilə işləməyə hazırdır. Bu, istifadə edilməli olan bir fürsətdir.
Bu barədə AZƏRTAC Ukrayna Prezidenti Volodimir Zelenskinin axşam müraciətinə istinadla məlumat verib.
Ukrayna dövlətinin başçısı Trampın güclü insan olduğunu vurğulayıb. Zelenski, Amerikanın yeni prezidentinə və bütün Amerikaya uğurlar arzulayıb.
"Ukraynalılar həqiqi sülhə nail olmaq üçün amerikalılarla birlikdə işləməyə hazırdırlar. Prezident Trampı və Amerika xalqını Birləşmiş Ştatların 47-ci prezidentinin andiçmə mərasimi münasibətilə təbrik edirəm. Bu gün dəyişiklik günü olmaqla yanaşı, bir çox problemin, o cümlədən qlobal çağırışların həllinə ümid günüdür", - deyə Zelenski qeyd edib.
Xatırladaq ki, yanvarın 20-də Donald Tramp rəsmən ABŞ prezidenti olub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 21 Yanvar 2025 00:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















