Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Zelenskini təşvişə qalan qadın: Ukraynada son döyüş onunla olacaq

Zelenskini təşvişə qalan qadın: Ukraynada son döyüş onunla olacaq

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Ukraynada Batkivşina Partiyasının lideri Yuliya Timoşenko üçün tələb olunan 33 milyon qrivna (təxminən 765 min ABŞ dolları) girov məbləğinin ödənilməsi bir daha göstərdi ki, o, nə qədər zəifləsə də, Ukrayna siyasi səhnəsindən tam silinməsi hələ də mümkün deyil”.

Bu sözləri Globalinfo.az-a politoloq Zeynal Əmrəliyev deyib.

Politoloq bildirib ki, Ukrayna Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin Timoşenkonun işi ilə bağlı təfərrüatları açıqlamaması isə prosesin hüquqi yox, daha çox siyasi xarakter daşıdığını deməyə əsas verir:

“Yuliya Timoşenko Ukrayna siyasətinin ən qalmaqallı və eyni zamanda ən dözümlü fiqurlarından biridir. Onun yüksəlişi 1990-cı illərin postsovet reallıqları ilə birbaşa bağlıdır. Yeni formalaşan oliqarx kapitalizmi, zəif dövlət institutları və sosial yoxsulluq Timoşenkonun populist siyasət üçün münbit zəmin yaratmasına imkan verdi. 2004–2005-ci illərdə “Narıncı inqilab” dalğasında o, sosial ədalət, yüksək maaş və pensiyalar, demokratiya və qadın azadlığı kimi bir-birindən fərqli auditoriyalara xitab edən şüarlarla kütləvi dəstək topladı. Bu, onu həm kənd əhalisinin, həm də Avropa yönümlü şəhər elektoratının liderinə çevirdi.

Lakin Timoşenkonun əsas problemi hakimiyyətə gəldikdən sonra başladı. Baş nazir olduğu dövrdə o, özünü dəstəkləyən oliqarx dairələri ilə məsafəni qoruya bilmədi. Rusiyanın “Qazprom” şirkəti ilə bağlanan və Ukrayna üçün iqtisadi baxımdan ağır nəticələr doğuran qaz müqaviləsi isə onun siyasi taleyində dönüş nöqtəsi oldu. Bu müqavilə sonradan həm hüquqi, həm də siyasi təzyiq alətinə çevrildi”.

Politoloq hesab edir ki, Timoşenkonun əsas rəqibi keçmiş prezident Viktor Yanukoviçlə qarşıdurması isə Ukrayna siyasətinin klassik revanş nümunəsidir:

“2005-ci ildə prezident seçilməsinə mane olduğu Yanukoviç, 2013-cü ildə hakimiyyətə gəldikdən sonra “korrupsiyaya qarşı mübarizə” şüarı altında Timoşenkonu hədəfə aldı. Rusiya dəstəkli və sonradan Moskvaya qaçan Yanukoviç rəqiblərini sistemli şəkildə sıradan çıxardı: Viktor Yuşenkonu seçki yolu ilə, Timoşenkonu isə məhkəmə və həbs mexanizmi ilə.


Zeynal Əmrəliyev

Buna baxmayaraq, Timoşenko siyasətdən çəkilmədi. “Maydan” hadisələri zamanı yenidən meydanlara qayıtsa da, Ukrayna cəmiyyəti artıq köhnə siyasi simalardan yorulmuşdu. Cəmiyyət “yeni nəfəs” axtarırdı və bu ehtiyacdan əvvəlcə keçmiş prezident Petro Poroşenko, daha sonra isə Ukraynanın hazırkı rəhbəri Volodimir Zelenski istifadə etdi. Xüsusilə Zelenskinin sosial şəbəkələr üzərindən qurduğu anti-sistem kampaniyası Timoşenkonun klassik tribuna siyasətini kölgədə qoydu.

Bu gün Yuliya Timoşenkonun şəxsi siyasi reytinqi aşağıdır. O, artıq Ukrayna siyasətinin birinci liqasında deyil. Lakin rəhbərlik etdiyi partiyanın parlamentdə təmsil olunması onun hələ də sistemin içində qaldığını göstərir. Ən vacibi isə odur ki, Timoşenko Ukrayna siyasətində balansı qorumağı bacaran nadir fiqurlardandır. Qərblə dialoq qura bilən, eyni zamanda Rusiya ilə tam körpüləri yandırmayan siyasətçi obrazı hələ də aktualdır”.

Z.Əmrəliyev qeyd edib ki, məhz bu xüsusiyyət onu Volodimir Zelenski üçün potensial təhlükəyə çevirir:

“Zelenski yaxşı anlayır ki, müharibədən sonrakı Ukraynada iqtisadi böhran, sosial narazılıq və siyasi yorğunluq fonunda kompromis fiqurlar ön plana çıxa bilər. Timoşenko isə siyasi ehtirası naminə demək olar ki, hər kəslə anlaşmağa hazır olan nadir oyunçulardandır. Bu da onu “təhlükəli alternativ” statusunda saxlayır.

Zelenskinin Timoşenkoya qarşı hüquqi təzyiq alətlərindən istifadə etməsi onu tam sıradan çıxarmaqdan çox, nəzarətdə saxlamaq məqsədi daşıyır. Çünki onu birdəfəlik silmək mümkün deyil: Timoşenko həm sistemin məhsuludur, həm də sistemin boşluqlarını ən yaxşı oxuyan siyasətçilərdən biridir.

Rusiya–Ukrayna müharibəsi başa çatdıqdan sonra ölkə daxilində yeni siyasi savaşın başlayacağı şübhəsizdir. Bu savaş, böyük ehtimalla, Yuliya Timoşenkonun son böyük seçkisi olacaq. Volodimir Zelenski üçün isə bu seçki hakimiyyətdə qalmaqla siyasi iflas arasında həlledici xətt rolunu oynayacaq. “Slavyan Dəmir ledi” üçün bu, bəlkə də son döyüşdür. Amma Ukrayna siyasəti göstərib ki, onu səhnədən tam silmək heç vaxt asan olmayıb”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Yanvar 2026 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri