Zelenskinin Berlinə səfəri alman polisini niyə təəccübləndirib?
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna prezidenti Volodimir Zelenskinin Berlinə səfəri yerli polis üçün "super fəlakət" olub.
Qaynarinfo xəbər verir ki, "Bild"in Almaniya təhlükəsizlik qüvvələrinə yaxın mənbələrə istinadən yazdığına gör, onun gəlişi hüquq-mühafizə orqanları əməkdaşlarını təəccübləndirib.
Mənbələrin məlumatına görə, Berlin polisi Ukrayna prezidentinin səfərindən çərşənbə axşamı axşam saatlarında xəbər tutub. Paytaxtda təhlükəsizliyi gücləndirmək üçün onların cəmi bir neçə saatı olub. X sosial şəbəkəsində polis nümayəndələri vətəndaşlara elan ediblər ki, hökumət məhəlləsində piyada və avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılacaq.
Avqustun 13-də Zelenski ABŞ prezidenti Donald Trampla videokonfransda iştirak etmək üçün Berlinə yollanıb. Danışıqlarda Almaniya kansleri Fridrix Merz və digər Avropa İttifaqı ölkələrinin liderləri də iştirak edəcək. Görüşün əsas mövzusu qarşıdan gələn Rusiya-Amerika sammiti ola bilər.
Aydın
Baxış sayı:113
Bu xəbər 13 Avqust 2025 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















