Icma.az
close
up
RU
Zelenskinin maaşı bəlli oldu

Zelenskinin maaşı bəlli oldu

Ukrayna Prezidenti Vladimir Zelenski 2024-cü il ərzində ayda ortalama 28 min qrivna (664 dollar) məvacib alıb.

Xalqcebhesi.az xəbər verir ki, Ukraynanın 24-cü kanalı bu barədə Dövlət İşlər İdarəsinə istinadla məlumat yayıb.

Qurumun məlumatına görə, eyni dövrdə prezident ofisinin rəhbəri Andriy Yermakın aylıq maaşı 121 min qrivna (2,870 min dollar) təşkil edib ki, bu da Vladimir Zelenskinin əmək haqqından dörd dəfə çoxdur.

Telekanal qeyd edir ki, 2023-cü ildə ölkənin vəzifəli şəxsləri arasında ən yüksək maaşı Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba alıb.

Onun məvacibi təxminən 34,9 min dollar olub.

Hazırkı ədliyyə naziri Denis Malyuska 2023-cü ildə 31,5 min dollar maaşla siyahıda ikinci, daxili işlər naziri İqor Klimenko isə 30,2 min dollar maaşla üçüncü yerdə qərarlaşıb.

seeBaxış sayı:46
embedMənbə:https://www.xalqcebhesi.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri