Icma.az
close
up
RU
Zelenskinin “qələbəyə inanırıq” açıqlamasının PƏRDƏARXASI: Ukrayna lideri kimlərə MESAJ VERİB? KONKRET

Zelenskinin “qələbəyə inanırıq” açıqlamasının PƏRDƏARXASI: Ukrayna lideri kimlərə MESAJ VERİB? KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Zelenski Ukraynanın qələbəsinə inandığını bildirib və bunu bir sıra amillərlə izah edib. O bildirib ki, yalnız ABŞ-ın malik olduğu silah paketi və uzaqmənzilli raketləri var, 100 faiz heyətlə təchiz edilən, fəaliyyətdə olan Ukrayna ordusu mövcuddur. Bu da qələbəyə doğru irəliləməyə imkan verir. Ancaq Zelenskinin bu cür fikirlər səsləndirməsi normal qarşılanmır və onun qələbədən danışması kənardan gülüş obyektinə çevrilir. Maraqlıdır, indiki vəziyyətdə Ukrayna liderinin qələbədən danışması nə dərəcədə real görünür? Kiyevin müharibədə qələbə qazanması mümkündürmü ?

Mövzunu KONKRET.az-a politoloq Zeynal Əmrəliyev şərh edib:

Zeynal Əmrəliyev

“Mövcud reallıqları Ukrayna hakimiyyəti də dərk edir. Ancaq nəzərə alaq ki, Zelenski bir prezident kimi ölkəsində həm də psixoloji vəziyyətin qorunub saxlanılmasında maraqlıdır. Ümumiyyətlə, müharibə dövründə ordunun psixoloji durumunun yerində olması, qələbəyə ruhlanması çox vacibdir. Yəni Ali Baş Komandan mənfi açıqlamalar versə, bu, təbii olaraq ordunun ruhdan düşməsinə şərait yaradacaq. Ona görə də, Ukrayna rəhbərliyi vəziyyətin necə olduğunu başa düşür və buna uyğun hərəkət edir. Zelenskinin danışıqlar masasına qayıtması, ABŞ-la bəzi məsələlər barəsində razılığa gəlməsi, hətta özünə sərf etməsə də, ölkəsinin mineral ehtiyyatlarının istismarına icazə verməsi onu göstərir ki, Ukrayna lideri reallıqlardan xəbərdardır. Sadəcə olaraq o, müharibə aparan bir ordunun ali baş komandanıdır. Zelenski öz əsgərlərinin mənəvi-psixoloji hazırlığının yüksək olmasına cavabdehlik daşıyan şəxsdir. Ona görə də, bu yöndə addımlar atmağa məcburdur. Məğlubiyyətlə bağlı açıqlamalar verə bilməz. Odur ki, onun fikirləri auditoriyaya hesablanıb və ordunun psixologiyasını qorumağa yönəlib. Ancaq Ukraynanın cəbhədəki vəziyyəti heç də ürəkaçan deyil. Xüsusən də, ABŞ-ın indi sərgilədiyi mövqe Ukraynanın vəziyyətini daha da ağırlaşdırıb”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Mart 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri