Icma.az
close
up
RU
Zelenskinin ulduzu sönür: Zalujni prezidentliyə hazırlanır ŞƏRH

Zelenskinin ulduzu sönür: Zalujni prezidentliyə hazırlanır ŞƏRH

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukraynanın növbəti lideri üçün böyük plan işə düşüb

Korrupsiya qalmaqalı fonunda Ukrayna Prezidenti Vladimir Zelenskinin Ukrayna ordusunun keçmiş baş komandanı və ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnı ilə əvəz oluna biləcəyi barədə fərziyyələr var. "Sundey Tayms" məlumat yayıb ki, ictimaiyyət Zalujnının 2024-cü ildə Ukrayna qüvvələrinin baş komandanı vəzifəsindən azad edilməsini Zelenskinin siyasi rəqibini uzaqlaşdırmaq cəhdi kimi qəbul edib. Məlumata görə, Ukraynanın Böyük Britaniyadakı səfiri yeganə şəxsdir ki, onun reytinqi prezidentin reytinqinə yaxındır. Xatırladaq ki, noyabrın 20-də Ali Radanın deputatı Anna Skoroxod Zalujnının müvəqqəti hökumətə rəhbərlik etmək üçün vətəninə qayıda biləcəyini elan etmişdi. Ukrayna prezidentinin kommunikasiyalar üzrə müşaviri Dmitri Litvin deyib ki, Vladimir Zelenski Andrey Yermakın yerinə Prezident Ofisinin rəhbəri vəzifəsinə kimi təyin edəcəyinə hələ qərar verməyib: "Prezident hazırda Ofisin gələcək işinin formatı ilə bağlı qərar verir; bir müddət sonra təqdim olunan ideyaları qiymətləndirmək istəyir". Qeyd edək ki, Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak noyabrın 28-də istefa verib. 

Siyasi şərhçi Aqşin Kərimov Sherg.az-a deyib ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra onun Volodimir Zelenskinin qeyri-legitim olmasına dair işarələri Vladimir Putinin hekayələri ilə oxşarlıq təşkil edir. Ekspertə görə, Trampın Ukrayna prezidentini “seçkisiz diktator” adlandırması Putinin Zelenskinin qeyri-legitim olmasına dair iddialarının ABŞ tərəfindən dəstəklənməsi demək idi:



"Sonradan, xüsusilə də Trampın həm Zelenski ilə “barışıq”, həm də Putinlə görüş trafikləri həmin iddiaları bir qədər gündəmdən qaldırdı. Bu, müvəqqəti bir fasilə idi və indi Ukraynadakı 100 milyon dollarlıq korrupsiya əməliyyatları, Zelenskinin yaxın adamlarının istefa verməsi həmin gündəliyi yenidən aktuallaşdırıb. Korrupsiya ittihamlarının ağırlığı Ukraynanın Rusiya qoşunlarının irəliləməsinə qarşı siyasi iradəsinə təsir edir. Üstəlik, Kiyev Moskvanın şərtləri qarşısında güzəştə getməsi üçün ABŞ-nin artan təzyiqləri ilə üzləşir. Bu amil Zelenskinin qeyri-legitim olmasına dair iddiaların tirajlanmasındakı yeni mərhləni ABŞ-Rusiya sövdələşməsi kimi xarakterizə edir. Başqa sözlə, korrupsiya skandalı və Zelenskiyə qarşı iddialar Putin-Tramp danışıqlarında razılaşdırılmış müştərək əməliyyatın tərkib hissəsi kimi görünür. Yəni Trampın komandası hazırda Rusiya ilə nizamlanma üçün potensial ümumi çərçivə üzərində işləyərkən onun daha da qabağa aparılması üçün yeni prezidentə ehtiyac duyur. Burada Ukraynanın silahlı qüvvələrinin keçmiş baş komandanı, hazırda Böyük Britaniyada səfir olan Valeri Zalujninin adının hallanması təsadüfi deyil. Zalujinin Zelenskini əvəz edə biləcək güclü fiqur olduğu bundan əvvəl də dəfələrlə təkrarlanıb".

A.Kərimov qeyd edib ki, Zalujni özü də Zelenskinin kənarlaşdırılması prosesinə dəstək verir: "Bu günlərdə “Telegraph” nəşrində dərc olunan məqaləsində verdiyi mesajlar onun prezidentlik üçün ambisiyalarını ortaya qoyur. Zalujni bir növ özünü həm müharibə dövrünün, həm də sülh mərhələsinin prezidenti kimi təsvir edir. Zelenskinin siyasi və hərbi uğursuzluqlar burulğanına düşməsi üçün korrupsiya əməliyyatları bəlkə də, bir mərhələdir. Bundan sonra Zelenskinin istefa verəcəyi haradasa gözləniləndir, lakin müharibə bitməyib və Zelenski Qərbi Rusiyaya qarşı daha fərqli missiyaya inandıra bilər. Bununla belə, Zelenskinin ulduzu artıq sönmək üzrədir və Ukraynanın siyasi üfüqlərində Zalujninin parlayacağı gün uzaqda görünmür".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Dekabr 2025 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see187

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see185

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see176

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see145

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see143

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see143

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see142

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see138

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see135

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see134

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see130

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see128

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see127

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see126

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see126

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see123

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see122

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri