Icma.az
close
up
RU
Zelenskiyə Vaşinqtondan vaxt limiti Müharibə bu tarixdə bitə bilər

Zelenskiyə Vaşinqtondan vaxt limiti Müharibə bu tarixdə bitə bilər

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün tərəflərə konkret vaxt çərçivəsi müəyyənləşdirdiyini açıqlayıb. Onun sözlərinə görə, rəsmi Vaşinqton builki yayın əvvəlinə qədər münaqişənin dondurulmasını və ya sülh sazişinin imzalanmasını əsas hədəf kimi qarşıya qoyub.
Politoloq Zeynal Əmrəliyev Demokrat.az-a açıqlamasında deyib ki, Vaşinqton tərəfindən Ukrayna Prezidentinə verilən mesaj əslində müəyyən qədər təzyiq xarakterli siyasi addımdır:
“Rəsmi Vaşinqton həm Amerikaya, həm də Rusiyaya siqnal verir ki, hazırkı mərhələdə nə tərəflərin danışıqlar masasından qalxmasını, nə də mövcud sülh şərtlərinin köklü şəkildə dəyişdirilməsini istəyir. Yardım dili ilə danışsa da, bu yardımı maksimum səviyyədə artırmaq niyyətində deyil. Məhz buna görə də ABŞ bu cür təhdid və təzyiq siyasətinə üstünlük verir. Tramp administrasiyasının əsas məqsədi mart ayında hər iki tərəfin iştirakı ilə sülh və ya atəşkəs sazişinin imzalanmasıdır. Əgər bu baş verməzsə və müharibənin dayandırılması istiqamətində real addımlar atılmazsa, təzyiq siyasəti davam edəcək. Bu halda Rusiyaya qarşı daha sərt sanksiyalar gündəmə gələ bilər. Ukrayna tərəfi ilə bağlı da müəyyən siyasi və ya iqtisadi məhdudiyyətlər tətbiq olunsun”.
O bildirib ki, hazırkı münaqişədə əsas düyün nöqtəsi Donbass bölgəsidir:
“Rusiya Ukrayna qoşunlarının bu ərazidən çıxarılmasını tələb edir. Əgər Ukrayna bu tələbi yerinə yetirməzsə, Rusiya tərəfi Ukraynanın enerji sektoruna hücumları aktiv şəkildə davam etdirəcəyini bəyan edir. Lakin burada ciddi məqam var ki, hər iki tərəf böyük resurs itkisi ilə üz-üzədir. Biz açıq şəkildə resursların tükənməsini müşahidə edirik. Resurslar azaldıqca tərəflərin bir-birinə qarşı cavab tədbirləri daha da sərtləşir və bu prosesdə ABŞ-ın mövqeyi daha ön plana çıxır.  Bu il həm Rusiya, həm də Ukrayna üçün çox çətin keçəcək. Münaqişənin yumşaldılması istiqamətində səylər artsa da, qarşıdurmanın qısa müddətdə tam başa çatacağı real görünmür və proses ilin ortasında da bitməyə bilər”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Fevral 2026 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri