Icma.az
close
up
RU
Vaşinqtondan Moskva ilə bağlı gözlənilməz addım: Müharibə bitmədən…

Vaşinqtondan Moskva ilə bağlı gözlənilməz addım: Müharibə bitmədən…

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynada müharibə başa çatmadan Rusiya ilə iqtisadi razılaşmalar imzalamaq imkanını nəzərdən keçirir.

Turkustan.az xəbər verir ki, bu barədə “The New York Times” danışıqlara yaxın iki mənbəyə istinadən məlumat yayıb.

Vaşinqton hesab edir ki, belə razılaşmalar Moskvanı hərbi əməliyyatların dayandırılmasına razı salmaq üçün əlavə stimul yarada bilər. ABŞ rəsmilərindən biri bildirib ki, müharibə başa çatmamış biznes razılaşmalarının əldə olunması Vaşinqtonun Rusiya ilə münasibətləri yenidən qurmaq niyyətinin ciddi olduğunu göstərə bilər.

Bu yanaşma Trampın əvvəlki mövqeyindən fərqlənir. O, ötən il müharibə həll olunana qədər Rusiya ilə böyük iqtisadi sazişlərin bağlanmayacağını bildirmişdi.

Hazırda isə ABŞ administrasiyasının Moskvaya qarşı həm iqtisadi təzyiq, həm də mümkün iqtisadi təşviqlərdən istifadə etməyə çalışdığı bildirilir.

Eyni zamanda, ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Sənəddə Rusiyanın enerji və maliyyə sektorlarına, banklara, rəsmilərə və “kölgə donanması”na qarşı məhdudiyyətlərin gücləndirilməsi, həmçinin Rusiya enerji daşıyıcılarını alan ölkələrə 100 faizə qədər gömrük rüsumlarının tətbiqi imkanının yaradılması nəzərdə tutulur.

Rusiya ilə mümkün iqtisadi razılaşmaların konkret olaraq hansı sahələri əhatə edəcəyi açıqlanmayıb. Bununla belə, Moskvanın daha əvvəl ABŞ-a mədən sənayesi, Arktikada əməkdaşlıq və enerji ticarəti də daxil olmaqla müxtəlif iqtisadi layihələr təklif etdiyi bildirilir.

Məlumata görə, danışıqlarda əsas maneələrdən biri isə ərazi məsələsidir. Rusiya Donetsk vilayətinin bir hissəsinə nəzarətlə bağlı tələblər irəli sürür, Ukrayna isə nəzarətində olan əraziləri könüllü şəkildə verməyə razı deyil./publika.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Sentyabr 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri