Icma.az
close
up
RU
Zelim Kotsoyev: “İstirahətdə beş kiloqram kökəlmişəm” MÜSAHİBƏ

Zelim Kotsoyev: “İstirahətdə beş kiloqram kökəlmişəm” MÜSAHİBƏ

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin (100 kq) İdman.biz-ə müsahibəsi

- Bakıda keçirilən “Böyük Dəbilqə”ni necə şərh edərdiz?

- Çox şadam ki, Bakıda hər il belə bir bayram olur. Bu yarışda qızıl medal qazanmağımız qürurvericidir. Dostum və komanda yoldaşım Zelim Tçkayev hamını sevindirdi.

- Sizin karyeranızda nə kimi yeniliklər var?

- Hər şey normal rejimdədir. Gündə iki dəfə məşq edirəm. İki aydan sonra keçiriləcək Avropa çempionatına hazırlaşıram. Vaxt azdır.

- Olimpiadadan sonra həyatınızda nə dəyişdi?

- İstirahətdə təxminən beş kiloqram kökəlmişəm (gülür). Prinsipcə başqa heç nə dəyişməyib.

- Olimpiadadan sonra ilk start nə olacaq?

- İki ay sonra Avropa çempionatımız var. Məşqlərə davam edirik.

- Hidayət Heydərovun da iştirak edib-etməyəcəyini bilirsiniz?

- Bilmirəm. Amma səhər və axşam idman zalında məşq edir. Amma onun planlarından xəbərim yoxdur.

- Məşq planında hansısa dəyişikliklər var?

- Ciddi dəyişikliklər olmadı. Çox savadlı məşqçi heyətimiz var. Bizə deyilən hər şeyi edirik. Onlara güvənirik.

- Şəxsi məşqçiniz Elxan Məmmədov həm də millidə böyük məşqçidir.

- Bəli, mənim üçün daha yaxşıdır. Elxan müəllim mənə çox kömək edir. Həm də bizə plan verən, motivasiya edən, yol göstərən, səhvlərimizi düzəldən baş məşqçi Riçard Trautmanın adını qeyd etmək istərdim. Çox güclü məşqçi heyətimiz var. Bunda bəxtimiz gətirdi. Bir çox şeyin qaydasında olması Federasiyamızın sayəsindədir.

- Hələ ikiqat olimpiya çempionumuz yoxdur...

- Hidayətlə məni ən çox motivasiya edən də budur. Biz ikinci Olimpiadanı birincidən daha çox qazanmaq istəyirik, ona görə də indi Los-Ancelesdən iki qızıl gətirmək üçün əlimizdən gələni edəcəyik.

Aytac Sahəd
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 Fevral 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri