Icma.az
close
up
RU
Zəlzələdə 280 qohumunu itirdi, hekayəsi Türkiyəni ağlatdı Anan yoxdursa...

Zəlzələdə 280 qohumunu itirdi, hekayəsi Türkiyəni ağlatdı Anan yoxdursa...

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlərdə ailəsini və bir çox yaxınını itirən, özü isə 14 saat sonra dağıntılar altından çıxarılan Fatmanur Özbağış həyatda qalmağı bacarsa da, yaşadığı acıları unutmaq mümkün olmadığını deyir. 

Qaynarinfo xəbər verir ki, Fatmanur Özbağış yaşadığı dəhşətləri "Hürriyət"ə danışıb.

Göz yaşları içində danışan Özbağış "Bu həyatda anan yoxdursa, kimsən yoxdur. Mən bu cümlənin altında çox əzilirəm. Zəlzələni hamımız birlikdə yaşadıq, o gündən sonra hava heç aydınlanmadı. 2 ildir bizim üçün hər şey zülmət içindədir" deyib.

30 yaşlı Fatmanur Özbağış Türkiyəni sarsıdan 6 fevral zəlzələlərinin episentri olan Kahramanmaraşda, ən çox insan itkisi yaşanan yerlərdən biri olan Ebrar adlanan binada fəlakətə yaxalanıb.

Zəlzələ zamanı binanın çökməsi nəticəsində üzərinə iki sütun düşən Özbağış kürəkənin yardımı ilə 14 saat sonra dağıntılar altından çıxarılıb. Lakin anası və atası da daxil olmaqla 280-ə yaxın qohumunu itirib.

Özbağış sağ qalmasına sevinə bilmədiyini, ata-anasının xatirələri ilə həyata tutunduğunu deyir. O, eyni zamanda məsuliyyət daşıyan şəxslərin ədalət qarşısında cavab verməsi üçün hüquq mübarizəsini davam etdirir.

"Anam və atam bu binada həyatını itirdi. Mən isə 14 saat sonra çıxarıldım. Üzərimdə iki sütun var idi: qonaq otağının sütunu sinəmin, yataq otağının sütunu isə ayaqlarımın üzərinə düşmüşdü. Başım boşluqda qalmışdı, pəncərənin qarşısında idi. Çöldə nə baş verdiyini görə bilirdim, lakin səs-küy çox idi. Bir neçə binanın dağıldığını düşünürdüm, amma səslər dağıntılar altından gəlirmiş. Əslində, çöldə heç kim yox imiş", deyə Özbağış xatırlayır.

O, yaşadığı travmanın öhdəsindən gəlməyin çətin olduğunu bildirib: "Birinci dərəcəli itkim yalnız anam və atamdır, amma qohumlarımın yarısı artıq yoxdur. 280-ə yaxın qohumum həyatını itirdi. Atam bütün sevdiklərini özü ilə apardı, mən artıq belə düşünürəm. Burada bir qohumum var idi, 2 blok yuxarıda yaşayırdı. Necə bir faciədir ki, 14 nəfərlik ailənin hamısı eyni evdə həyatını itirdi. İndi onların heç biri yoxdur".

Özbağış ailəsi ilə keçirdiyi bazar səhəri süfrələrinə olan həsrətini dilə gətirərək, aradan 2 il keçməsinə baxmayaraq, həyatına qaldığı yerdən davam edə bilmədiyini, böyük çətinliklər yaşadığını söyləyib:

"Bayram günlərində bir-birimizə qonaq gedirdik, indi isə yalnız məzarlarını ziyarət edirik. Bu həyatda anan yoxdursa, kimsən yoxdur. Mən bu cümlənin ağırlığını çiyinlərimdə daşıyıram. Atamı da çox sevirəm, amma anam sağ qalsaydı, bizi bir araya toplayardı. Bu qədər yalnız qalmazdım. Əslində, seçim etmək istəmirəm, atam da qala bilərdi. Danışa bilməsəydi, görə bilməsəydi, yatağında qalmalı olsaydı belə, amma biri sağ qalsaydı kaş ki... Yoxluqları məni çox sarsıdır. Bazar günləri ailələrin birlikdə çay içib, deyib-gülərək söhbət etdiyi o günləri üçün çox darıxıram. Zəlzələni hamımız birlikdə yaşadıq, o gündən sonra hava heç aydınlanmadı. 2 ildir bizim üçün hər şey zülmət içindədir".

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Fevral 2025 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see196

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see167

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see164

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see137

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see135

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see130

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see129

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see129

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri