Icma.az
close
up
RU
Zəmanət verilməyən malı necə qaytarmaq olar?

Zəmanət verilməyən malı necə qaytarmaq olar?

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hər hansı bir məhsulu alarkən diqqət yetirdiyimiz əsas məqam onun yararlılığı ilə bağlı zəmanətinin olub-olmamasıdır. Xüsusilə də mobil telefon və məişət əşyalarının alışı zamanı zəmanət amili daha çox aktuallaşır.

“Qafqazinfo” xəbər verir ki, təcrübədə belə məhsulların satışında zəmanətin olmadığı hallar da az deyil. Hətta müştəri bu barədə əvvəlcədən məlumatlandırılır. Bir çox hallarda isə məhsula zəmanətin verilməsi qiyməti artıran amilə çevrilir. Yəni zəmanət verilən məhsulun qiyməti zəmanətsiz məhsula nisbətən daha yüksək olur. 

Maraqlıdır, bəs qanunvericilik bu barədə nə deyir? Ümumiyyətlə, məhsula zəmanət verilməyə bilər?

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna görə, zəmanət müddəti malın pasportunda və ya yarlığında, yaxud mala əlavə olunan digər sənəddə göstərilir. Əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, zəmanət müddətləri malın istehlakçıya verildiyi gündən hesablanır. Qanunvericiliyə görə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar müəyyənləşdirilmiş müddətdə aşkar edilsin.

Mülki Məcəlləyə görə isə əgər əşya üçün zəmanət müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın verildiyi gündən 2 il ərzində və ya müqavilədə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti isə əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Bu o deməkdir ki, zəmanətsiz məhsulun də zəmanət müddəti olur. Alıcı 2 il ərzində əşyanın qüsurları ilə bağlı tələblər irəli sürə bilər. 

Zəmanət müəyyənləşdirilməyən məhsullar üçün 2 illik zəmanət bu müddətdən aşağı olan qarantı aktuallaşdırır. Maraqlıdır, zəmanət müəyyən olunduqda, müddət nə qədər olmalıdır?

Mülki Məcəlləyə görə, müqavilədə nəzərdə tutulan müddət 2 ildən az olduqda və alıcı əşyanın qüsurlarını müddət bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən 2 il ərzində aşkar etdikdə, buna görə məhsulu satan məsuliyyət daşıyır. Lakin bir şərtlə ki, alıcı məhsulun qüsurlarını əşyanın alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən yarandığını sübuta yetirsin.

Ancaq məsələ təkcə məhsula zəmanətin verilməsi və onun müddətindən ibarət deyil. Əsas amil, həmçinin məhsulun qüsurlarına görə cavabdehin kim olmasının müəyyən olunmasıdır. Belə ki, Mülki Məcəlləyə görə, əgər alıcı əşyanın qüsurlarının ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, qüsurlar üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantı verdiyi əşyanın qüsurları üçün eyni zamanda, o halda cavabdehdir ki, qüsurların qarşı tərəfin ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması, həmçinin üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübut edə bilməsin.

Bundan başqa, satıcı malın qüsurları barəsində qabaqcadan məlumat verməyibsə, alıcının satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan məhsulun qiymətinin buna uyğun olaraq azaldılmasını tələb etmək ixtiyarı var. Bu halda alıcı, həmçinin satıcıdan əşyanın qüsurlarının əvəzsiz aradan qaldırılmasını, bu məqsədlə özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi də tələb edə bilər. 

Ceyhun Həmid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 Avqust 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri