Icma.az
close
up
RU
Zəmanətli məhsullarla bağlı qaydalar necə tənzimlənməlidir? MÜTƏXƏSİSSLƏRDƏN AÇIQLAMA FOTO

Zəmanətli məhsullarla bağlı qaydalar necə tənzimlənməlidir? MÜTƏXƏSİSSLƏRDƏN AÇIQLAMA FOTO

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

İstehlakçılar arasında tez-tez rast gəlinən problemlərdən biri də zəmanətli məhsulun təmirə verildiyi müddətdə zəmanətin taleyinin necə müəyyənləşdirilməsidir.
Avtosfer.az xəbər verir ki, istehlakçılar zəmanətli məhsul aldıqda, onun müəyyən müddət ərzində pulsuz təmir və ya dəyişdirilmə hüququna malik olduqlarını düşünürlər.

Azərbaycanda qüvvədə olan “İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında" qanununun 6.4-cü maddəsində isə açıq şəkildə göstərilir ki, zəmanət müddəti ərzində təmirə verilən məhsulun təmirdə keçən vaxtı zəmanət müddətinə əlavə olunmalıdır. Qanunda bu müddəa yer alsa da, real həyatda istehlakçılar tez-tez bunun əksini müşahidə edirlər. Bəzi hallarda satıcılar məhsul təmirdə olduğu müddəti nəzərə almır, zəmanət müddətini dəyişmədən davam etdirir. Bu da istehlakçılarla satıcılar arasında mübahisələrə səbəb olur.
Bəs qanunun bu hissəsi praktiki olaraq nə dərəcədə tətbiq olunur?


Mövzu ilə bağlı beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov saytımıza bildirib ki, ümumiyyətlə, istər məhsul, istərsə də xidmət və ya xüsusilə avadanlıq satışından sonra təmir müddəti məsələsinə toxunmaq vacibdir. Onun sözlərinə görə, qanunvericilikdə bu məsələ açıq şəkildə tənzimlənib və zəmanət müddəti müəyyən olunub:
"Lakin təəssüf ki, bir çox hallarda satıcılar bu müddətə əməl etmək istəmirlər. Bunun əsas səbəblərindən biri əlavə xərclərin yaranmasıdır. Eyni zamanda bəzi satıcılar məsuliyyətdən tez qurtulmaq üçün bu işi müştərinin üzərinə yükləməyə çalışırlar", – deyə mütəxəssis bildirir.
Asif İbrahimov qeyd edir ki, bəzi satıcılar alternativ yollar axtararaq müqavilələrdə boşluqlardan istifadə etməyə çalışırlar:
“Lakin bu, onları məsuliyyətdən azad etmir. Çünki ölkədə hər bir sahəni tənzimləyən qanunlar mövcuddur və bu qanunlar əsas hüquqi sənəd sayılır. Müqavilələr isə bu qanunlara zidd ola bilməz”, – deyə o əlavə edib.


Hüquqşünas Mehman Muradlı isə saytımıza açıqlamasında bildirib ki, zəmanətli məhsul dedikdə çox vaxt sadəcə zəmanət talonu nəzərdə tutulur. Lakin hüquqi baxımdan bu, yazılı müqavilə ilə tənzimlənməlidir:
“Təəssüf ki, bizdə bu sahədə yazılı müqavilə çox nadir hallarda mövcuddur və əsasən yalnız zəmanət talonu ilə kifayətlənilir. Bu, xüsusilə mobil telefon satışlarında müşahidə olunur. Məsələn, alıcı sabah cihazı qaytarıb nasazlıq olduğunu desə, zəmanət müddətinə əsasən cihaz təmirə qəbul edilir. Lakin bu yanaşma hüquqi baxımdan yetərli deyil”, – deyə o bildirir.
Mehman Muradlıya görə, zəmanət məsələsi yazılı müqavilədə bütün detalları ilə göstərilməlidir. Əgər məhsula zəmanət verilirsə, bu zaman təmir müddətinin zəmanətə necə əlavə olunacağı da açıq şəkildə qeyd olunmalıdır.


“Təəssüf ki, bir çox hallarda təmir müddəti zəmanət müddətinə əlavə edilmir, zaman paralel olaraq davam edir. Bu isə istehlakçının hüquqlarının pozulması deməkdir”, – deyə hüquqşünas əlavə edir.
O vurğulayır ki, müqavilələr bağlandıqda bəzi satıcılar alıcıya “bu şərtlərlə razılaşmısınız” deməklə məsuliyyətdən yayınmağa çalışır:
“Halbuki qanunvericilik müqavilə şərtlərindən üstündür. Sığorta, əlavə təminatlar və digər hüquqi məsələlər isə ya ümumiyyətlə nəzərə alınmır, ya da məhkəmələrdə zəif müdafiə olunur. Sadəcə zəmanət talonu təqdim etmək istehlakçının hüquqi müdafiəsi üçün kifayət deyil".


Fidan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 May 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see156

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see146

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri