Icma.az
close
up
RU
Qara Qarayev: “Bu qələbə bizə önəmli ruh verəcək” MÜSAHİBƏ

Qara Qarayev: “Bu qələbə bizə önəmli ruh verəcək” MÜSAHİBƏ

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Birinci hissədə hücumları dəyərləndirə bilmədik. İkinci 45 dəqiqədə də çətin idi”.

Bunu “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Qara Qarayev futbolxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- “Araz-Naxçıvan” Zəfər turunu qələbə ilə başa vurdu.

- İlk öncə Ali Baş Komandanımıza təşəkkür edirəm. Həmçinin millətimə təşəkkür edirəm ki, Zəfər üçün əlimizdən gələni etdik. Bu Zəfərdə iştirak edən, əməyi olan hər kəsə minnətdaram. Şəhidlərimizə Allah rəhmət eləsin. Qəlbimiz iki yerə bölünüb. Bir yandan Zəfərimizin 5 illiyini qeyd edirik, sevinirik. Digər tərəfdən isə şəhid ailələri var. Qazilərin, şəhidlərin sayəsində torpaqlarımıza geri qayıtdıq. Bu zəfər şəhidlərimizin qanı ilə yazıldı. Millətimizə qalibiyyət çox yaraşır.

- “Karvan-Yevlax” üzərində qazanılan əzmkar qələbəni necə şərh edərdiniz?

- Birinci hissədə hücumları dəyərləndirə bilmədik. İkinci 45 dəqiqədə də çətin idi. “Karvan-Yevlax” çox qapalı oynayır. Bu komandaya qarşı qol epizodu yaratmaq çətindir. Bununla belə, komandamız əzmkarlıq nümayiş etdirdi, geridönüş sayəsində 3 xal qazandıq. Oyun haqda pozitiv və neqativ danışmaq olar. Müsbət məqam odur ki, oyundan qopmaq istəmirdik, daim sürətli hücumlara can atırdıq. Mənfi məqam isə odur ki, matçda cəmi 15-20 dəqiqə temp olurdu. İmkan vermirdilər oyuna. Bütün çətinliklərə baxmayaraq, yekunda istəyimizə çatdıq. Bu qələbə bizə önəmli ruh verəcək.

- Elmar Baxşıyev meydana bir qədər fərqli heyət buraxmışdı...

- Bu, baş məşqçinin qərarıdır. Bu haqda nəsə deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, kim meydana çıxırsa, fərq etmir, komandanın qələbəsi üçün əlindən gələni edir.

- Son turlar “Araz-Naxçıvan” sanki bir qədər qeyri-stabil görünür. Bu məqam mövsümün sonunda hədəfə çatmağa mane olmayacaq?

- Hədəflə bağlı vəd vermək bir qədər çətindir. Rəhbərlik və məşqçi heyəti yaxşı hədəflər üçün çalışır. Deməzdim son turlar qeyri-stabilik, sadəcə bir qədər şanssızlıq yaşayırıq. İstər “Sumqayıt”, istər “Sabah”, istərsə də “Neftçi” ilə matçlarda. “Sabah” və “Neftçi” ilə görüşlərdə qələbə yaxın olsaq da, yekunda heç-heçə ilə kifayətləndik. “Sumqayıt”la matçda isə geridönüş edib hesabda önə keçsək də, yekunda xalsız qaldıq. Artıq komanda oyanıb. Düşünmürəm ki, “Araz-Naxçıvan”ın vəziyyəti pisdir. Son oyunlardakı şanssızlığı artıq geridə qoymuşuq. İnanıram ki, bundan sonra yaxşı nəticələrimiz olacaq.

- Hazırkı durumu nəzərə alsaq, çempionatdakı fasilənin “Araz-Naxçıvan”a müsbət təsir edəcəyini söyləmək olar?

- Ümumi olaraq bizim komandaya ciddi təsir edəcəyini düşünmürəm. Çünki bizdən milliyə çox az futbolçu dəvət alır, yaxud ümumiyyətlə heç kim dəvət olunmur. Oyun ritmindən uzaqlaşmaq baxımından isə fasilənin müəyyən təsirinin olacağı şübhəsizdir.

- Millidən söz düşmüşkən, qarşıdakı matçlardan gözləntiləriniz nədir? Heç olmasa İslandiyadan xal almaq şansımız var?

- Bu, heç də asan olmayacaq. Düşünürəm ki, İslandiya ilə matç Fransa ilə görüşdən daha çətin olacaq. İslandiya yığması gördüyüm ən yaxşı komandalardan biridir. Biz olduğumuz dönəmdə də milli keyfiyyətlə üstünük əldə etmirdi. Nə qazanırdıqsa, mübariz oyunla, xarakterlə qazanırdıq. Bu dəfə də millimiz xarakter ortaya bilsə, iki oyundan birində yaxş nəticə qazana bilərik. Qəlbimizdəki istəyimiz isə hər iki oyunda qələbədir.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:307
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 Noyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri