Icma.az
close
up
RU
Zəncəfilin sağlamlıq üçün 10 faydası

Zəncəfilin sağlamlıq üçün 10 faydası

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Təbii şəfa mənbəyi olaraq tanınan zəncəfil, qədim dövrlərdən bu yana Asiya və Orta Şərq mətbəxlərində yer alır. Sağlamlığa faydalı xüsusiyyətləri ilə ənənəvi tibbin ayrılmaz hissəsinə çevrilib. Bu möcüzəvi bitki, xüsusilə müasir həyatın gətirdiyi stres, immunitet sistemi problemləri və həzm narahatlıqları kimi sağlamlıq ehtiyaclarına qarşı təbii dəstək rolunu oynayır.

Pravda.az bildirir ki, təzə, toz, qurudulmuş və ya yağ formasında istifadə edilə bilən zəncəfil, gündəlik həyatda müxtəlif sahələrdə istifadə olunur.

Zəncəfil nədir?

Dünya miqyasında həm tibbdə, həm də mətbəxdə istifadə edilən zəncəfil kök sapı olaraq bilinən bir bitkidir. Zəncəfilin tarixi Asiya mədəniyyətlərində minilliklər öncəsinə gedib çıxır. Xüsusilə Çin, Hindistan və Orta Şərqdə ənənəvi tibbin əsas komponentlərindən biri kimi istifadə edilmişdir. Kəskin və yüngül ədviyyatlı dadı ilə zəncəfil, özünəməxsus aroması ilə yeməklərə ləzzət qatır. Təzə, qurudulmuş, toz, yağ və ya meyvə suyu formasında istifadə edilə bilər. Zəncəfilin tərkibindəki aktiv birləşmələrdən biri olan gingerol, sağlamlıq üçün bir çox fayda təmin edir. Bu birləşmə zəncəfili antioksidant və antiinflamatuar xüsusiyyətlərlə zənginləşdirən əsas tərkib hissəsidir.

Zəncəfilin faydaları nələrdir?

Xüsusilə gingerol, shogaol və zingeron kimi aktiv maddələr, zəncəfilin sağlamlığa faydalı xüsusiyyətlərini yaradan əsas komponentlərdir. Zəncəfil immun sistemini gücləndirməkdən tutmuş həzm problemlərini yüngülləşdirməyə qədər bir çox fayda təqdim edir. Zəncəfilin faydaları aşağıdakılardır:

Antioksidant xüsusiyyətlər: Bədənin sərbəst radikallara qarşı qorunmasına kömək edir.

Mədə bulantısının aradan qaldırılması: Həzmsizlik, şişkinlik və mədə bulantısını yüngülləşdirir.

Hamiləlikdə səhər bulantıları: Hamiləlik zamanı mədə bulantılarına qarşı təbii dəstək verir.

Oynaqlardakı ağrılar: Antiinflamatuar xüsusiyyətləri ilə oynaqlardakı ağrıları yüngülləşdirir.

İmmunitet sistemini gücləndirir: Soyuqdəymə və qripə qarşı faydalıdır.

Ağrıkəsici təsiri: Menstrual dövr ağrılarını azalda bilər.

Enerji və metabolizmaya dəstək: Metabolizmanı sürətləndirərək enerji səviyyələrini artırır.

Tənəffüs yolu xəstəlikləri: Bəlğəm atıcı təsiri ilə bronxit və astma kimi problemlərə yaxşı gəlir.

Zəncəfilin yaxşı təsir etdiyi problemlər

Zəncəfil təbii şəfa mənbəyi olaraq müxtəlif sağlamlıq problemlərinə qarşı faydalıdır. İçərisindəki gingerol, shogaol və zingeron kimi aktiv birləşmələr sayəsində, bədəni dəstəkləyən xüsusiyyətlərə malikdir. Zəncəfilin yaxşı təsir etdiyi bəzi problemlər bunlardır:

Mədə bulantısı və həzm problemləri: Zəncəfil mədəyə sakitləşdirici təsir göstərərək mədə bulantısı, qusma və həzmsizlik kimi problemlərə yaxşı təsir edir.

Menstrual ağrılar: Təbii ağrıkəsici olaraq zəncəfil menstrual dövr sancılarını azaltmağa kömək edə bilər.

İmmunitet sistemi dəstəyi: Soyuqdəymə və qrip kimi hallarda immuniteti gücləndirir.

Oynaqlar və əzələ ağrıları: Anti-inflamatuar xüsusiyyətləri sayəsində zəncəfil, artrit və revmatizma ağrılarını azaldır. Eyni zamanda, idman sonrası əzələ ağrılarını yüngülləşdirir.

Enerji və konsentrasiya artırılması: Metabolizmanı sürətləndirərək enerji səviyyələrini yüksəldir və zehni konsentrasiyanı artırır.

Tənəffüs yolu problemləri: Balğəm atıcı təsiri ilə bronxit, astma və sinusit kimi problemlərdə rahatlıq təmin edir.

Zəncəfili necə istehlak etmək olar?

Zəncəfil həm sağlamlıq faydaları, həm də bənzərsiz aroması ilə mətbəxlərdə və təbii müalicə üsullarında geniş istifadə olunur. Çoxyönlü bitki olan zəncəfil təzə, qurudulmuş, toz, yağ və ya meyvə suyu formasında istehlak edilə bilər. Gündəlik qidaya asanlıqla daxil edilə biləcək müxtəlif yollarla istifadə edilə bilər.

Təzə zəncəfil: Yeməklərə və içkilərə əlavə edilərək istifadə edilə bilər. Xüsusilə şorbalarda, tərəvəz yeməklərində və ət marinadlarında ləzzət artırıcı olaraq istifadə edilir.

Zəncəfil çayı: Təzə zəncəfili incə dilimlərə kəsib qaynar suya əlavə edərək dəmləyin. Çayın içərisinə bal və limon əlavə etmək həm dadlı, həm də soyuqdəyməyə qarşı faydalıdır.

Toz zəncəfil: Ədviyyat olaraq istifadə edilə bilər. Kekslər, kurabiyələr, yoqurt və süd içkilərində istifadə edilə bilər.

Zəncəfil çayı necə hazırlanır?

Təzə zəncəfilin kökündən hazırlanan zəncəfil çayı həm ləzzətli, həm də sağlamlıq üçün faydalı içkidir. Xüsusilə soyuqdəymə, mədə problemləri və yorğunluq kimi hallarda təbii həll olaraq istifadə edilir. Zəncəfil çayını hazırlamaq çox sadə və praktikdir.

Lazım olanlar: Təzə zəncəfil kökü, su və istəyə bağlı olaraq bal, limon, darçın və ya mixək kimi aromatik əlavələr.

Hazırlıq: Zəncəfili yaxşıca yuyun və incə dilimlərə doğrayın. Suyu qaynadın, zəncəfili əlavə edin və 5-10 dəqiqə qaynadın. İstəyirsizsə, bal və limon əlavə edin.

Zəncəfil çayı isti və ya soyuq olaraq içilə bilər. Yaz aylarında, çayı soyudub buzlarla təqdim edə bilərsiniz.

Əminə Bayramova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://pravda.az
archiveBu xəbər 14 May 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti Rusiyada azərbaycanlıların başına gələnlərə reaksiya verdi

29 İyun 2025 22:40see176

Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib

30 İyun 2025 10:21see138

Qarabağ formalarını Şuşadan təqdim etdi Şəkillər

29 İyun 2025 20:43see131

Qızı mənə zəng vurdu dedi ki, nənə ata anamın boğazını kəsdi Kürdəmirdəki dəhşətli qətlin təfərrüatı

29 İyun 2025 20:17see131

Əgər Avropa Birliyi bundan imtina etməsə... Ağ Ev

30 İyun 2025 21:07see129

Yeni virusun əlamətləri nələrdir?

30 İyun 2025 19:12see129

“Azərbaycana həm şimaldan, həm cənubdan təzyiq edilir” Aqil Rüstəmzadə

30 İyun 2025 09:10see128

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

30 İyun 2025 05:31see126

Əli Əhmədov Moskvaya getməyəcək

29 İyun 2025 23:50see124

Yadplanetlilərə hansı mesaj göndərilib?

30 İyun 2025 06:03see124

Diaspor Komitəsindən açıqlama

29 İyun 2025 22:44see123

Simonyan Paşinyanı təhqir etdi

30 İyun 2025 02:12see123

Həsrət Məmmədyarov: İldən ilə nəticəmiz daha da yaxşılaşacaq”

30 İyun 2025 00:29see123

Zamanın üçüncü ölçüsü kəşf edildi...

29 İyun 2025 20:25see122

Doğuş sonrası depressiya və uşaqlara zərər vermə riski

30 İyun 2025 20:25see122

Qarabağ darmadağınla qalib gəldi

30 İyun 2025 20:02see120

ABŞ da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub

30 İyun 2025 05:07see119

Ermənistan Rusiyaya rədd cavabı verdi

30 İyun 2025 10:06see118

Mask Trampın təşəbbüsünü sərt tənqid etdi: ABŞ ni borc köləliyinə aparır

30 İyun 2025 03:34see118

Mahir vurdu, komandası qələbə qazandı

29 İyun 2025 19:42see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri