Icma.az
close
up
RU
Zəngəzur dəhlizi, Ağ Evin aktivliyi və Moskva ilə Tehranın isterikası

Zəngəzur dəhlizi, Ağ Evin aktivliyi və Moskva ilə Tehranın isterikası

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqtonda Ermənistan-Azərbaycan sülh sazişinin  paraflanması məsələsi hələ də dünya mediasının gündəmindədir. Məşhur  “The National Interest” nəşri də bununla bağlı məqalə ilə çıxış edib.

Missiya.Az həmin məqalədən diqqətşəkən məqamları diqqətinizə təqdim edir:

Nəşr yazır ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin ən sərt əleyhdarları Rusiya və İrandır.

“Avqustun 8-də bütün gözləntilərin əksinə olaraq ABŞ prezidenti Donald Tramp Ağ Evdə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında sülh sazişinin imzalanmasına vasitəşilik edibib. Bu, cəmi bir neçə gün əvvəl Fransanın “Le Monde” qəzetinin “Ermənistan və Azərbaycan arasında sülhün hələ də Ermənistanda “ümidsizlik hissi doğurduğunu” iddia edən məqalə dərc etməsinə baxmayaraq baş verdi.Bununla da ABŞ özünü Cənubi Qafqazda aparıcı sülhməramlı dövlət kimi göstərir, həm Rusiyanı, həm də İranı sıxışdırıb çıxarır ki, bu da Moskvanı narazı salır. Əslində, Rusiya Qərbi Ermənistan-Azərbaycan sülh sazişini “qəsb etmək”də və onu “öz maraqlarına uyğunlaşdırmaqda” ittiham edib. Sənədin imzalanmasının nəticələrindən biri də odur ki, Ermənistanda bəziləri indi Gümrüdəki Rusiya hərbi bazasının bağlanmasını tələb edirlər. Hazırkı Ermənistan-Rusiya müdafiə müqaviləsinə əsasən, baza 2044-cü ilə qədər fəaliyyət göstərməlidir.  Gümrü bazasının  bağlanmasını istəyənlər soruşurlar: bu, ümumiyyətlə, nəyə lazımdır? Bundan əlavə, onlar iddia edirlər ki, əgər sülh qaçılmazdırsa, Ermənistanın daha Rusiyanın “müdafiəsinə” ehtiyacı yoxdur…

ABŞ-nin vasitəçiliyi ilə imzalanmış Ermənistan-Azərbaycan sülh sazişindən son dərəcə narazı olan digər tərəf də İrandır. Əsas məsələlərdən biri əvvəllər Zəngəzur dəhlizi kimi tanınan, Azərbaycanı Ermənistan vasitəsilə Naxçıvan anklavı ilə birləşdirən ticarət və nəqliyyat marşrutu olan Trampın Sülh və Rifah Marşrutuna aiddir. Yolun təfərrüatları hələ işlənməyib, baxmayaraq ki, Tramp Rubioya işi davam etdirmək üçün rəsmi icazə verib. Bununla belə, avqustun 8-də bağlanmış saziş ABŞ-a növbəti 99 il ərzində marşrutu i inkişaf etdirmək üçün müstəsna hüquqlar verir. İran bu ABŞ-nin marşurutdakı iştirakının onun Qafqazdakı maraqlarına zərər verəcəyindən narahatdır. Çox nifrət edilən “Böyük Şeytanın” İranın şimal-qərb sərhədi boyunca iqtisadi və hərbi fəaliyyətlərini davam etdirməsi ehtimalı Tehranda xoş qarşılanmır. Ermənistanın İranın orbitindən çıxması sanksiyalardan yan keçmə zonasının itirilməsi anlamına gələ bilər.

Nəhayət, saziş Azərbaycanın müttəfiqləri olan Türkiyə və İsrailin mövqelərini gücləndirir” – deyə, məqalədə qeyd olunur. 

Elcan

Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://missiya.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri